Allahın canlılardakı rəng sənəti

Yer üzündəki bütün rəngləri yaradan Allahdır. Səma, dağlar, tarlalar, kəpənəklər, qırmızı almalar,13920103000355_PhotoL_V portağallar, tutuquşular, qırqovullar, bənövşəyi üzümlər, ağaclar, qısası, ətrafınızda gördüyünüz hər şey Allah istədiyi üçün bu rənglərə malikdir. Allah bir ayəsində bu həqiqəti bizə belə bildirir:

… Budur Allahın rəngi… Allahın rəngindən daha gözəl olan kimdir?! Biz ancaq Ona ibadət edənlərik. (Bəqərə surəsi, 138)

Rənglər insanlara ətrafı tanımaqda kömək etdiyi kimi digər canlıların həyatlarında da mühüm əhəmiyyət kəsb edir. Oxumağa davam et

Kainat Bir Zamanlar Yox idi

İnsanlar tarixən yaşadıqları ucsuz-bucaqsız kainat və onun sərhədləri barədə maraqlanmışlar. Alimlər, mütəfəkkirlər əsrlərdir bu mövzuyla bağlı saysız araşdırmalar etmiş, bir çox nəzəriyyələr irəli sürmüşlər. 20-ci əsrə qədər kainatın sonsuzdan bəri var olduğu və sonsuza qədər var olacağına inanılırdı. Lakin daha sonra aparılmış elmi araşdırmalar kainatın başlanğıcının olduğunu, yəni yaradıldığını göstərmişdir. Kainatın başlanğıcının olduğu, yox ikən bir anda böyük partlayışla yaradıldığı, müasir fizika tərəfindən bir çox təcrübə, müşahidə və hesablamayla isbat edilmişdir. Oxumağa davam et