Özünü Aldatmaq Əvəzinə Səmimiyyət

1366822921_korkSonsuzluq içində insan ancaq bir dəfə sınanır və bu imtahan müddəti təqribən 6-7 onillikdən ibarətdir. İnsanın əbədi həyatını bu imtahan müddətindəki əməlləri müəyyən edir. Qısa, ancaq çox vacib olan bu müddəti də insan özünü aldadaraq keçirərsə, imtahandan keçə bilməz. Məsələ də məhz bundan ibarətdir: insan özünü aldadaraq nə həqiqəti dəyişdirə bilər, nə də məsuliyyətdən azad ola bilər. Əksinə, insanın dünyada həqiqətlərdən qaçması ancaq öz əleyhinədir. Oxumağa davam et

Ümidvar Olmaq Mömin Əlamətidir

“Bacardığınız qədər özünüzü dünya işlərinə verməyin. İbadət üçün özünüzə vaxt ayırın. Çünki kimin məqsədi sırf dünya olsa, Allah onun işlərini çətinləşdirər, yoxsulluq qorxusu hər zaman onu təqib edər. Kimin məqsədi axirət olsa, Allah işlərini sahmana salar, rahatlığını artırar, zənginliyi qəlbinə yerləşdirər, xeyirli olan hər şeyi sürətlə ona yaxınlaşdırar”. (Hz. Muhəmməd)

İman gətirən bir şəxs hər şeyini itirsə belə, ümidsizliyə qapılmadan səbir və şövqlə hər şeyə başdan başlaya bilər. Sahib olduğu bu şövq imanından, Allaha olan sevgi və etibarından, Quran əxlaqını mənimsəməsindən və dünya həyatının keçiciliyini qavramasından qaynaqlanır. Gələcəyindən həmişə ümidvar olması, hadisələrin həmişə gözəl tərəflərini görməyi bacarması həyatı boyu qarşılaşdığı bütün hadisələrdə özünü büruzə verər. Oxumağa davam et