Sosial ədalət ancaq Quranın hökmlərinə əməl etməklə mümkün olar

the_holy_quran_by_areart-d5gppsq

Dövrümüzdə ən varlısından ən kasıbına kimi hər ölkədə küçələrdə yaşayan və zibil yeşiklərindən yemək yeyən insanları görmək mümkündür. Vicdanları çox narahat edən bu görüntü eyni zamanda dünyada mövcud olan ədalətsiz gəlir bölgüsünün nəzərə çarpan göstəricisidir.

Bu gün yüz milyonlarla insan su, qida, sığınacaq, səhiyyə xidmətləri kimi əsas ehtiyaclarından məhrum olunmuş şəkildə yaşayır. Dünya sərvətlərinin 80%-ni dünya əhalisinin 17%-i istehlak edir, təqribən 5 milyard insan isə yerdə qalan 20%-lə qane olmağa məcburdur. Bir milyarda yaxın insan gecə ac yatır. Vəziyyət belə olduğu halda, ən zəngin yüz insanın ümumi əmlakı ən kasıb 3.5 milyard insanın, yəni dünya əhalisinin yarısının ümumi əmlakına bərabərdir…

Oxumağa davam et

Bir ayə, bir açıqlama: “Yusif” surəsi, 87

Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər Teenage girl consoling her sad upset friendümidini üzər! (Yusif surəsi, 87)

Ümidvar olmaq Quran əxlaqının bir tələbidir. Namaz qılmaq, oruc tutmaq kimi Allaha ümid bəsləmək də müsəlman üçün fərzdir. Ayədə də möminlərin Allahın rəhmətindən ümidlərini üzməmələri, Rəbbimizin ümidsizliyə düşməyi haram etdiyi, ümidsizliyin kafirlərə xas xüsusiyyət olduğu bildirilir. Qurana əsasən ümidvar olmaq şərtlərdən asılı olmayaraq, kədərlənib narahat olmadan hər hadisənin ən xeyirli şəkildə nəticələnəcəyinə inanıb Allaha təvəkkül etməkdir. Dünya bir imtahan yeridir. Oxumağa davam et

İman gətirən insanların həyatı tamamilə başqa cür olur

e3756jgİmanın müxtəlif dərəcələri var. Allah ayələrində güclü imana malik olan müsəlmanların vəsflərinə diqqət çəkmişdir. Belə ki, Allahdan çox qorxan, Onu çox sevən, həyatlarının hər anını Onun üçün yaşayan və Onun əmr etdiyi kimi gözəl əxlaqlı olan təqvalı müsəlmanlarla bərabər vicdanları ilə hərəkət etməyən, heç bir üzrlü səbəbi olmadığı halda, dinsizliyə qarşı Allah yolunda fikri mübarizə aparmaqdan çəkinən və ya əsəbiləşmək, hadisələr qarşısında kədərlənmək və təşvişə düşmək kimi Allahın insanları çəkindirdiyi pis əxlaq xüsusiyyətlərindən əl çəkməyən, bunlara baxmayaraq, iman gətirdiklərini söyləyən insanlar da var. Oxumağa davam et

Namaz və Huşu

Hər gün mü­əy­yən vaxt­la­rda ni­zam­lı şə­kil­də ye­ri­nə ye­ti­ril­mə­si fərz sa­yı­lan iba­dət­lər var. La­kin hə­min iba­dət­lə­rin da­im ye­ri­nə ye­tirilməsini­ mö­min­lər­ yal­nız vər­diş halını alan iba­dət­lə­r qismində nəzərdən keçirməməlidirlər. Tam ək­si­nə, Al­lah üçün ye­ri­nə ye­tir­di­yi­ bu ibadət mö­mi­nə hər də­fə ye­ni hə­yə­can və şövq ver­mə­li­dir. Na­maz da bu şə­kil­də da­im ye­ri­nə ye­ti­ri­lən iba­dət­lər­dən­dir. Quran­da mö­min­lə­rin na­maz­la­rı­nı hu­şu ilə qıl­dıq­la­rı bil­di­ri­lir:

«Hə­qi­qə­tən, mö­min­lər ni­cat tap­mış­lar! On­lar na­maz­la­rın­da mü­ti olub Ona bo­yun əyər­lər!» («Mu­mi­nun» su­rə­si, 1-2). Oxumağa davam et

Başqalarına Nəsihət Verib Özünü Unutma!

«Siz in­san­la­ra yax­şı iş­lər gör­mə­lə­ri­ni əmr et­di­yi­niz hal­da, özü­nü­zü unu­dur­su­nuz? Hal­bu­ki özü­nüz ki­tab oxu­yur­su­nuz. Mə­gər ba­şa düş­mür­sü­nüz?» («Bə­qə­rə» su­rə­si, 44).

Quranı yax­şı bi­lən zə­ka­lı və təc­rü­bə­li bir in­san baş­qa­la­rı­nın din­lə bağ­lı səhv və nöqsan­la­rı­nı ən ki­çik in­cə­li­yi­nə qə­dər dü­zəl­də, bu mə­sə­lə­də on­la­ra nə­si­hət ve­rə, xə­bər­dar­lıq edə bi­lər. Bu, müs­bət bir hal­dır, la­kin bu, in­sa­na hə­min səhv və gü­nah­la­rı özü­nün də et­mə­si­nə haqq qa­zan­dı­ra bil­məz. Ək­si­nə, in­san baş­qa­la­rı­na ver­di­yi nə­si­hət­dən özü də ib­rət al­ma­lı və hə­min səhv­lə­ri et­mə­mə­yə diq­qət ye­tir­mə­li­dir. Yox­sa baş­qa­la­rı­na ver­di­yi nə­si­hət əcr de­yil, axi­rət­də onun əley­hi­nə bir də­lil ki­mi  çı­xar.

Baş­qa­sı­nın səh­vi­ni üzə çı­xa­ra bi­lən bir in­sa­nın Oxumağa davam et

Saleh Əməl

Qu­ran­da tez-tez rast gə­li­nən ter­min­lər­dən bi­ri «sa­leh əməl»dir. «Sa­leh» kəl­mə­si “gö­zəl, doğ­ru, xe­yir­li” mə­na­la­rı­nı ve­rir. «İs­lah et­mək» fe­li də ey­ni kök­dən tö­rə­miş­dir və «sa­leh və­ziy­yə­tə gə­tir­mək» de­mək­dir. «Əməl» kəl­mə­si­nin Azər­bay­can di­li­nə ən ya­xın qar­şı­lı­ğı isə «iş»dir. Ümu­miy­yət­lə, sa­leh əməl, yax­şı və xe­yir­li iş mə­na­sı­nı ve­rir ki, bu da Qu­ran­da Al­la­hın ri­za­sı­na və gön­dər­di­yi di­nə uy­ğun hər cür əməl və hə­rə­kə­ti ifa­də edir.

İn­sa­nın axi­rə­ti­ni xi­las edən şey isə yal­nız iman gə­tir­mə­si de­yil, ey­ni za­man­da o ima­na uy­ğun sa­leh işlər görməsidir. Çün­ki sa­leh əməl sə­mi­mi ima­nın gös­tə­ri­ci­si­dir. Bu­nun ək­si­nə, yal­nız «iman gə­tir­dim» de­yib bu ima­nın tə­ləb­lə­ri­ni ye­ri­nə ye­tir­mə­mək in­sa­nı xi­las et­məz. Al­lah bu möv­zu­da be­lə bu­yu­rur:

«İn­san­lar yal­nız: «İman gə­tir­dik!» – de­mə­lə­ri­lə on­lar­dan əl çə­ki­lib im­ta­han olun­ma­ya­caq­la­rı­nı­mı sa­nır­lar? Biz on­lar­dan əv­vəl­ki­lə­ri də im­ta­ha­na çək­miş­dik. Şüb­hə­siz ki, Al­lah düz­da­nı­şan­la­rı da, ya­lan­çı­la­rı da çox gö­zəl ta­nı­yar!» («Ən­kə­but» su­rə­si, 2-3).

Al­la­hın «iman gə­tir­dik» de­yən­lə­ri sı­na­ma­sı­nın önəm­li qis­mi sa­leh əməl­lər­lə olur. Çün­ki bu əməl­lər, on­la­rı ye­ri­nə ye­tir­mə­yə borc­lu olan mü­səl­man­la­rın səbir­lə­ri­ni, qə­tiy­yət­lə­ri­ni, sə­da­qət­lə­ri­ni, qı­sa­sı, iman­la­rın­da­kı fə­ra­sət­lə­ri­ni or­ta­ya çı­xa­rır. Oxumağa davam et

Sədaqət və İtaət

Qu­ran­da in­san xa­rak­ter­lə­ri müx­tə­lif şə­kil­lər­də təfsilatı ilə ve­ril­miş­dir. Həmçinin, mö­min­lə­rin əxla­qı­nın son də­rə­cə müfəssəl tə­ri­fi ve­ri­lir. Al­la­hın ru­hu­nu gəz­di­rən, Ona ina­nan və yal­nız Ona ita­ət edən mö­min­lə­rin Qu­ran­da sadalanan bü­tün xü­su­siy­yət­lə­ri yük­sək əx­laqa və xa­rak­terə əsaslanır.

İn­kar­çı­la­rın və mö­min­lə­rin tə­rif­lə­ri­nə nə­zər sa­lan­da, hər iki tə­rə­fin bir-bi­ri­nə ta­ma­mi­lə zidd xü­su­siy­yət­lə­rə ma­lik ol­duqlarını gö­rü­rük. Mə­sə­lən, mö­min­lər sə­mi­mi və eti­bar­lı­, in­kar­çı­lar isə sə­mi­miy­yət­siz və mənfəətçi­dir­lər. Mö­min­lər tə­va­zö­kar, cə­sur, fə­da­kar, in­kar­çı­lar isə özün­dən­ra­zı, qor­xaq və xud­bin­dir­lər.

Mö­min­lər və in­kar­çı­lar ara­sın­da­kı bu bö­yük fərq­lər­dən bi­ri də sə­da­qət anlayışında ortaya çıxır. İn­kar­çı­lar əs­la hə­qi­qi sə­da­qə­tə ma­lik ola bil­məz­lər. On­lar yal­nız öz mə­na­fe­lə­ri­ni güd­dük­lə­ri üçün sev­dik­lə­ri­ni söy­lə­dik­lə­ri in­san­la­rı (dost­la­rı­nı, ya­xın­la­rı­nı) bu mən­fə­ət­lə­ri­nin xət­ri­nə çox asan­lıq­la al­da­da bi­lər­lər. Doğru ol­du­ğu­nu bil­dik­lə­ri yol­dan asan­lıq­la ge­ri dö­nər­lər.

Hal­bu­ki mö­min­lər ta­ma­mi­lə fərq­li­dir­lər. On­la­rın me­ya­rı öz mə­na­fe­lə­ri de­yil, Al­lah ri­za­sı­dır. Bü­tün dav­ra­nış­la­rı­nı Al­la­hın is­tə­di­yi şə­kil­də hə­ya­ta ke­çi­rər­lər. Bu sə­bəb­dən də sev­dik­lə­ri­ni (yə­ni baş­qa mö­min­lə­ri) Oxumağa davam et