Allah Öz ayələrində müsəlman olduqlarına görə özlərini qiymətli bir varlıq kimi görənlərdən, müsəlman olmalarını İslam dini və elçi üçün böyük bir qazanc, Allahın bir lütfü kimi göstərənlərdən bəhs edir:
«Onlar islamı qəbul etdiklərinə görə sənə minnət qoyurlar. De: «Müsəlman olduğunuzla mənə minnət qoymayın! Xeyr, əgər doğru deyirsinizsə, bilin ki, sizi imana müvəffəq etməklə əslində Allah sizin boynunuza minnət qoymuş olur!»« («Hucurat» surəsi, 17).
Ayədə də qeyd edildiyi kimi, əslində bu məsələ insanların düşündüklərinin tam əksinədir: İslama daxil olan bir insan İslamı şərəfləndirməz, əksinə, İslam ona şərəf verər. Oxumağa davam et