Dinsizliyin Saxta Fəlsəfəsi: Humanizm və Onun Pərdə Arxası

Bir çox insan humanizm anlayışını səhvən müsbət düşüncə kimi qəbul edir. Ancaq humanizm müsbət düşüncələrin heç birini özündə ehtiva etməyən fəlsəfədir.

Bir çox insan humanizmi doğru tanımır. Bu yanlış düşüncənin başında humanizmin insan sevgisi, sülh, qardaşlıq kimi dəyərləri əhatə etdiyini zənn etmək durur. Halbuki, humanizm bu ifadələrin arxasına sığınmış çox təhlükəli fəlsəfədir. Humanizm insanlıq anlayışını insanların yeganə məqsəd və mərkəzinə çevirən yanılmadır. Başqa sözlə desək, insanı Yaradıcımız olan Allaha iman gətirməməyə, yalnız öz varlığı və mənliyi ilə maraqlanmağa çağırır (Allahı tənzih edirik). Humanizmin bu mənası, xüsusilə də sözün qərb dilindəki istifadəsində özünü daha qabarıq əks etdirir. Humanizmin ingiliscədəki lüğət mənası bu şəkildədir:  Oxumağa davam et

Satanizmin Pərdə Arxası

Son bir neçə ildə bir-biri ardınca baş verən bəzi qəribə satanizm (şeytana tapınma) hadisələri, cəmiyyətin və medianın diqqətini bu mövzuya yönəltdi. Şeytana ibadət etmək üçün təşkil edilən qanlı ayinlər, işgəncə ilə öldürülən küçə pişikləri, təcavüz hadisələri, intihar edən gənclər… Bütün bunlar inanılmaz kimi görünsə də, satanizmin getdikcə yayılan bir təhlükə (və cinnət) olduğunu ortaya qoyur.

Necə olur ki, bir qisim insanlar pis insan olmağı, pislik etməyi, heyvanlara və ya insanlara işgəncə verməyi, qaranlıq və qorxu dolu bir dünyada yaşamağı özlərinə məqsəd seçirlər və “din” olaraq mənimsəyə bilirlər? Bir çox insan bu problemin cavabını axtarır, ancaq cavabı yanlış yerlərdə axtarırlar. Satanizmin necə inkişaf etdiyini və insanları necə özünə çəkdiyini anlamaq üçün bu qaranlıq dinin ardındakı fəlsəfəni araşdırmaq lazımdır. Çünki satanizmin mənbəyi yalnız bəzi ağılsız gənclərin psixoloji problemlərində deyil, onları buna aparan fəlsəfədədir. Oxumağa davam et