Dinin Hökmünü Yerinə Yetirməyi Ticarət və ya Əyləncədən Üstün Tutmamaq

«On­lar bir alış-ve­riş, ya­xud bir əy­lən­cə gör­dük­lə­ri za­man sə­ni ayaq üs­tə qo­yub ona tə­rəf cum­du­lar. De: «Al­lah dər­ga­hın­da olan sa­vab əy­lən­cə­dən də, ti­ca­rət­dən də xe­yir­li­dir. Al­lah ru­zi ve­rən­lə­rin ən yax­şı­sı­dır!»« («Cü­mə» su­rə­si, 11).

Bu ayə­də din­lə öz dün­yə­vi mən­fə­ət­lə­ri ara­sın­da se­çim apa­ran in­san­lar­dan bəhs edi­lir. Əsa­sən ca­hil cə­miy­yət­lə­rin din əx­la­qı­na uy­ğun şə­kil­də ya­şa­maq­dan ya­yın­ma­sı­nın bir ne­çə or­taq sə­bə­bləri var. Ayə­də bu sə­bəb­lər­dən iki ən önəm­li­si­nə – ti­ca­rət və əy­lən­cə­yə diq­qət çə­ki­lir.

Ti­ca­rə­tə diq­qət çə­kil­mə­si­nin sə­bə­bi mad­di mən­fə­ət mə­sə­lə­si­nin in­san­la­rın ən zə­if cəhətlərindən bi­ri ol­ma­sı­dır. Be­lə ki, çox vaxt in­san­la­rın bir qis­mi öz mad­di mən­fə­ət­lə­ri na­mi­nə di­nin bir çox hökm­lə­ri­nə məhəl vermirlər. Bu, özü­nü bə­zən na­maz ki­mi za­hi­ri iba­dət­də, bə­zən əx­la­qi dav­ra­nış­larda, bə­zən də di­nin baş­qa bir hök­mün­də gös­tə­rir. İn­san­la­rın var-döv­lə­tin ar­tı­rıl­ma­sı ilə bağ­lı be­lə bir hə­ris dav­ran­ış nümayiş etdirməsinin sə­bə­bi mad­di zən­gin­li­yin bü­tün möv­cud prob­lem­lə­ri həll edəcək sehir­li qüv­vəyə malik olması inan­cı­dır. İn­san­lar əl­də edə bil­mə­dik­lə­ri və həs­rə­ti­ni çək­dik­lə­ri hər bir im­ka­na bu zən­gin­lik sa­yə­sin­də qo­vu­şa bi­lə­cək­lə­ri­nə ina­nır­lar. Bun­la­rın ara­sın­da səa­dət, da­xi­li ra­hat­lıq, əmin­lik, hət­ta ölüm­süz­lük var­dır. Be­lə adam­lar elə zənn edir­lər ki, zən­gin­lik on­la­rın hət­ta ölüm­lə­ri­ni də ge­cik­di­rə­cək və on­la­rı dün­ya­da əbə­di edə­cəkdir. Bu sə­bəb­dən də Oxumağa davam et

Əhəmiyyət Verilməyən Quran Hökmləri

Bə­zi in­san­lar di­nə inan­dıq­la­rı və Quranı de­mək olar ki, hər gün oxu­duq­la­rı hal­da Quranın bə­zi ayə­lə­ri­ni qu­la­qar­dı­na vu­rur, on­la­ra etinasız münasibət gös­tə­rir­lər. Bə­zi­lə­ri bu səh­və mə­lu­mat­sız­lıq və ya şü­ur­suz­luq uc­ba­tın­dan yol ver­di­yi hal­da, di­gər­lə­ri hə­min hökm­lə­rə qur­du­qları Quran­dan kə­nar mən­tiq­lə­ri­nin tə­si­ri al­tın­da bi­lə­rək­dən əhə­miy­yət ver­mir­lər. Bu zaman onlar Quran hökm­lə­ri­nə bi­lə­rək­dən eti­na­sız­lıq­la ya­naş­ma­ğın Al­lah dər­ga­hın­da on­la­ra nə qə­dər bö­yük mə­su­liy­yət yü­klənəcəyini və on­la­rı Al­lah ri­za­sın­dan ne­cə uzaq­laş­dı­ra­ca­ğını isə əs­la fi­kir­ləş­mir­lər. Hal­bu­ki Al­la­hın hökm­lə­ri­nə diq­qət­lə ya­naş­ma­yan in­san­la­rın axi­rət­də əzab­la qar­şı­la­şa­ca­ğı Quran ayə­lə­rin­də xü­su­si şə­kil­də vur­ğu­la­nır.

Bu dü­şün­cə­yə ma­lik olan in­san­lar öz­lə­ri­nin Quran­dan kə­nar mən­tiq­lə­ri­nə əsas­la­na­raq, Al­la­hın hökm­lə­ri ara­sın­da bir növ əhə­miy­yət­li­lik və bi­rin­ci­lik sı­ra­la­ma­sı qu­rur, hət­ta bə­zi hökm­lə­ri öz hə­yat­la­rın­dan ta­ma­mi­lə çı­xa­ra­raq on­la­rı bir kə­na­ra atır­lar. Be­lə bir yan­lış din an­la­yı­şı yü­zil­lər ər­zin­də üst-üs­tə yı­ğıl­mış adət­lər şək­lin­də nə­sil­dən-nə­s­lə ötü­rü­lə­rək döv­rü­mü­zə qə­dər gə­lib çat­mış­dır. Din haqqında ge­niş ya­yıl­mış yanlış təsəvvürlərə gö­rə, bi­rin­ci yer­ə layiq görülüb, xü­su­si əhə­miy­yət ve­ri­lən hökm­lər ara­dan qal­dı­rıl­dı­ğı za­man in­san da­xi­lən vic­da­n əzabı ke­çi­rə bi­lər. Buna baxmayaraq, Quran­da yer alıb, ey­ni də­rə­cə­də əhə­miy­yət ve­ril­mə­yən əmr və qa­da­ğa­lar ara­dan qal­dı­rıl­dı­ğı za­man in­san heç bir na­ra­hat­­lıq his­si keçirməz. Quran­da fərz (vacib) ol­du­ğu açıq şə­kil­də bil­di­ri­lən bir çox möv­zu «ye­ri­nə ye­tir­sən sa­vab­dır, ye­tir­mə­sən də heç bir şey ol­maz» mən­ti­qi ilə qiy­mət­lən­di­ri­lir. İn­san­la­rın qor­xub çə­kin­mə­li ol­du­ğu qa­da­ğa­lar isə «Al­lah ba­ğış­la­yar» mən­ti­qi ilə asan­lıq­la po­zu­lur.

Hal­bu­ki Quranın heç bir ayə­sin­də be­lə bir meyardan bəhs edil­mir. Na­maz və oruc iba­dət­ləri Al­la­hın qə­ti əm­ri ol­du­ğu ki­mi, Quran­da gös­tə­ri­lən baş­qa əmr və qa­da­ğa­lar da ey­ni­lə bü­tün mö­min­lə­rin ta­be olmaları vacib olan qə­ti hökm­lər­dir. Oxumağa davam et