Elm Tarixinin Ən Böyük Saxtakarlığı: Təkamül Nəzəriyyəsi

Elm tarixi həmişə müxtəlif saxtakarlıqlara şahid olub. Kəşf etdiyi dərmanla şikəstləri yeridəcəyini, keçəllərə saç 58305_436220546414786_1847592186_n

bitirəcəyini iddia edənlər, bütün xəstəlikləri sağaldacağına insanları inandıran Mesmer və ya Rasputin kimi şarlatanlar…

Bu məşhur saxtakarlardan başqa bəzən qəzetlərdə dərc olunan, başqasının elmi tezisini oğurlayaraq karyera sahibi olmağa çalışmaq kimi kiçik saxtakarlıqlar da var.

Ancaq elm tarixindəki ən böyük saxtakarlıqlar, şübhəsiz ki, təkamülçülərə aiddir. Təkamülçülərin etdiyi saxtakarlıqları digərlərindən fərqləndirən ən əsas cəhət onların saxtakarlığının sistemli olması və kollektiv hiylələrə, aldatmalara, təhriflərə əl atmalarıdır. Bunlar təkamül nəzəriyyəsi irəli sürüldüyü gündən bu günə qədər dəfələrlə və peşəkarlıqla həyata keçirilmişdir.

Bu məqalədə təkamülçülərin etdiyi saxtakarlıqlardan bəzilərini təhlil edəcəyik. Ancaq əvvəlcə bir suala cavab vermək lazımdır: nə üçün darvinizmin tarixi belə saxtakarlıqlarla doludur? Oxumağa davam et

“Ara keçid fosil tapıldı” iddiası saxtakarlıqdır

İçerik

Darvin dövründə ara keçid fosillərin yoxluğu həll olunacaq problem kimi görünürdü. Darvin yer üzünün təbəqələrində nəzəriyyəsini təsdiqləyəcək heç bir ara keçid fosili tapılmamasını təəccüblə qarşılayır, amma yenə də onların gələcəkdə tapılacağına inanırdı. “Növlərin mənşəyi” kitabının “Nəzəriyyənin qarşısında duran çətinliklər” fəslində mövzu ilə bağlı bunları yazmışdı:

Əgər, həqiqətən, növlər digər növlərdən tədricən törəyibsə, nə üçün saysız-hesabsız ara keçid formaya rast gəlmirik? Nə üçün bütün təbiət qarışıqlıq halında deyil, tamamlanmış və yerli-yerindədir? Saysız-hesabsız ara keçid forması olmalıdır, bəs nə üçün yer üzünün bu qədər çoxsaylı təbəqəsində tapa bilmirik…. Oxumağa davam et