Mənafe Güdməmək

Bir in­sa­nın ima­nın­da sə­mi­mi ol­du­ğu­nun (yal­nız Al­la­hın ri­za­sı­nı axtardığının) ən bö­yük gös­tə­ri­ci­lə­rin­dən bi­ri dünyəvi, bəsit mə­na­fe­lər ar­xa­sın­ca qaç­ma­ma­sı, ix­las­lı, yə­ni yal­nız Al­la­hın razılığı üçün ça­lış­ma­sı­dır. Hər ne­mə­tin Al­lah tə­rə­f­in­dən gəl­di­yi­ni dərk edən, yal­nız Onun razılığını qa­zan­ma­ğa ça­lı­şan, hər şe­yi Al­lah­dan istəyən və On­dan qor­xan mö­min, tə­bii ki, bə­sit və ki­çik haqq-he­sab­la­rın ar­xa­sın­ca qaç­ma­ya­caq­dır.

Bu­na gö­rə et­di­yi iş­lər­dən mən­fə­ət gü­düb-güd­mə­mək in­sa­nın birbaşa ima­nı ilə bağ­lı­dır. Al­la­hı və axi­rə­ti dərk et­miş bir in­san, əl­bət­tə, bun­la­rın ya­nın­da adi mən­fə­ət haqq-he­sab­la­rı­na eti­bar et­mə­yə­cək və ta­mah­ üçün ça­lış­ma­ya­caq­dır. Bu­nun ək­si­nə ola­raq Al­la­hı və axi­rə­ti dərk et­mə­yən in­sa­nın bu bö­yük hə­qi­qət­lə­ri gör­mə­yib bə­sit və xır­da mən­fə­ət­lər ar­xa­sın­ca get­mə­yi tə­bii­dir. Son də­rə­cə ki­çik  dün­ya­ya, son də­rə­cə dar dü­şün­cə­yə sa­hib ol­acağı üçün hər za­man nəf­si­nin mən­fəə­ti­ni gü­dən dav­ra­nış nümayiş etdirəcək. Oxumağa davam et