Zalımlıq və rəhmsizlik inancsızlığın nəticəsidir

İçerikBəzi insanların aqressiv, zalım, mərhəmətsiz olmasının səbəbləri nədir?

Mərhəmətsizliyin cəmiyyətdə səbəb olduğu problemlərin həlli nədir?

Demək olar ki, hər gün KİV-lərdə ailəsini saxlamaq üçün dilənən, çörək tapmadığına görə aclıqdan ölən, evi olmadığına görə çadırlarda yaşayan, haqsızlığa məruz qalan insanların xəbərlərini görürük. Özünə qəsd edən, bir-birlərini öldürən, hücuma məruz qalan, şikəst olan, dalaşan insanlarla bağlı xəbərlərə rast gəlirik. Bu, illərdir dəyişmədən davam edən haldır. Bu mövzuya müxtəlif həll yolları düşünülür, xeyriyyə qurumları işə qarışır, pulsuz yeməkxanalar açılır və bənzər tədbirlər görülür. Ancaq bütün səylərə baxmayaraq, bu xəbərlər azalmır, əksinə, artaraq davam edir. Oxumağa davam et

İki yol, iki məqsəd: səbir etmək, yoxsa dözmək?

Rəbbimiz insanlardan necə səbir etmələrini istəyir?

İnsanları zülmətlərdən nura çıxaracağı bildirilən Quranda (İbrahim surəsi, 1) əmr edilən davranışlardan biri səbir etməkdir. Quranda öyrədilən həqiqi səbir təkcə çətinliklər zamanı deyil, əksinə, həyatın hər anında yaşanan əxlaqi xüsusiyyətdir. Həqiqi səbir çətinliklər zamanı olduğu qədər rahatlıq və nemət içində olduqda da gözəl əxlaqda qətiyyət və sabitlik göstərməyi, bir an belə bunlardan uzaq durmayaraq ömür boyu bu əxlaqla yaşamağı tələb edir.  Oxumağa davam et

Qətiyyət

Mö­mi­nin ən mühüm xü­su­siy­yət­lə­rin­dən bi­ri də son də­rə­cə qətiyyətli ol­ma­sı­dır. O, heç za­man şövq və hə­yə­ca­nı­nı itir­məz. Onun məq­sə­di yal­nız Al­la­hın ra­zı­lı­ğı­nı qa­zan­maq­dır. Bu­na gö­rə heç bir çə­tin­lik onu yo­lun­dan dön­də­rə bil­məz. İn­san­la­rın onun haq­qın­da nə dü­şün­dük­lə­ri də önəm­li de­yil­dir. Ye­ga­nə is­tə­yi Al­la­hın rıza­sı­dır; bü­tün hə­ya­tını bu hə­də­fə gö­rə plan­daş­dı­rı­r.

Allah mö­min­lə­rin qətiyyətli olmalarını müx­tə­lif formalarda sı­naq­dan ke­çi­rir. Mə­sə­lən, Al­lah mö­min­lə­rə bir müd­dət sı­xın­tı ve­rə bi­lər; on­la­rı tər­bi­yə et­mək üçün çə­tin­lik ve­rə bi­lər. Qu­ran­da bu və­ziy­yət be­lə açıq­la­nır:

«Əl­bət­tə, Biz si­zi bir az qor­xu, bir az ac­lıq, bir az da mal, can və məh­sul qıt­lı­ğı ilə im­ta­han edə­rik. Səbir edən şəxs­lə­rə müj­də ver!» («Bə­qə­rə» su­rə­si, 155).

Qə­ti dü­şün­cə­yə sa­hib olan mö­min, ayə­də bil­di­ril­di­yi ki­mi, ona qar­şı gə­lən bü­tün çə­tin­lik­lə­rə səbr edər. Qu­ran­da mö­min­lə­rin bu dav­ra­nı­şı be­lə bil­di­ril­miş­dir:

Oxumağa davam et

Səbr Etmək

Hə­ya­tı­nı İs­la­ma uy­ğun şə­kil­də qur­maq və bu hə­yat tərzi ilə üst-üstə düşməyən dav­ra­nış­lar­dan özü­nü uzaq tut­maq mö­mi­nin ger­çək­ləş­di­rə bi­lə­cə­yi iba­dət­dir. Bu barədə qə­tiyyətli ol­maq, gü­zəş­tə get­mə­mək və za­ma­nın yo­ru­cu tə­si­rin­dən qo­run­maq üçün səbr etmək lazımdır.

Bu sə­bəb­dən səbir və dö­züm anlayışları fərqlidir. Dö­züm, müəyyən sı­xın­tı və kə­dərə tab gətirməkdir. Hal­bu­ki mö­mi­nin ma­lik ol­du­ğu səbir anlayışı fərq­li­dir; səbir edən mö­min ba­şı­na gə­lən sı­xın­tı­la­ra gö­rə qəm çək­məz, ək­si­nə, Al­la­ha olan ya­xın­lı­ğı da­ha da ar­tar və do­la­yı­sı i­lə se­vin­ci, hə­yə­ca­nı və şöv­qü da­ha da yük­sək olar. Qu­ra­nın bir çox ayə­sin­də səbr etmək əmr edil­miş­dir:

«Sən səbr et. Şüb­hə­siz ki, Al­la­hın və­di haq­dır. Qoy qə­ti inan­ma­yan­lar sə­ni səni etinasızlığa sövq etməsinlər.!» («Rum» su­rə­si, 60).

« Ey iman gətirənlər! Səbir edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!» («Ali-İm­ran» su­rə­si, 200).

Oxumağa davam et