Zəif imanlı insanın inkarçıların mühitinə meyil etməsinin əsas səbəbləri

imagesQəlbi imanla sabit olduğu halda, məcbur edilən şəxs istisna olmaqla, hər kəs iman gətirdikdən sonra Allah’ı inkar etsə və qəlbini küfrə açsa, Allah’ın qəzəbinə düçar olar. Onlar üçün böyük bir əzab vardır. Bu, ona görədir ki, onlar dünya həyatını axirətdən üstün tuturlar. Həm də Allah kafirləri doğru yola yönəltmir. Bunlar o kəslərdir ki, Allah onların qəlbinə, qulaqlarına və gözlərinə möhür vurmuşdur. Onlar əsl qafildirlər. Şübhəsiz ki, axirətdə ziyana uğrayanlar da onlardır! (Nəhl surəsi, 106-109)

 Möminlərlə birlikdə imiş kimi göründüyü halda, inkarçıların olduğu mühitlərə meyil edən insanlar hər dövrdə hər müsəlman qrupun içindən çıxmışdır. Bu cür insanları üç qrupa bölə bilərik: Oxumağa davam et

Allahın Rəhmindən Ümidini Üzmə!

«Mən­dən on­la­ra de: «Ey Mə­nim öz­lə­ri­nə zülm et­mək­də həd­di aş­mış bən­də­lə­rim! Al­la­hın rəh­min­dən ümid­siz ol­ma­yın. Al­lah bü­tün gü­nah­la­rı ba­ğış­la­yar. Hə­qi­qə­tən, O ba­ğış­la­yan­dır, rəhm edən­dir!» («Zu­mər» su­rə­si, 53).

Ayə­də bil­di­ril­di­yi ki­mi, in­san­lar bə­zən bi­lə­rək­dən və ya bil­mə­yə­rək­dən səhv­lər edir­lər. Bu möv­zu ilə bağ­lı ayə­nin xi­ta­bın­dan da mə­lum ol­du­ğu ki­mi, bu­ra­da Al­la­hın rəh­mə­ti­ni uman in­san­la­ra üz tu­tu­lur. Yə­ni ayə­də bil­di­ri­lən öz əleyh­lə­ri­nə ol­maq­la həd­di aşan in­san­lar Al­la­ha iman gə­ti­rən in­san­lar­dır. Bu­na gö­rə də be­lə bir hal de­mək olar ki, mü­səl­man­la­ra da aid­dir.

Al­lah bir çox ayə­lə­rin­də hət­ta təq­va sa­hi­bi olan mü­səl­man­la­rın da səhv edə bi­lə­cək­lə­ri­ni vur­ğu­la­mış­dır. Be­lə açıq­la­ma­lar in­sa­nın qəl­bi­nə fə­rəh ve­rir. Əks hal­da bilərək və ya bilməyərək səhv edən mü­səl­man bö­yük bir sı­xın­tı  və ya vic­da­n əzabı çəkə  bi­lər. La­kin mü­səl­man­la­rın Oxumağa davam et

Başqalarına Nəsihət Verib Özünü Unutma!

«Siz in­san­la­ra yax­şı iş­lər gör­mə­lə­ri­ni əmr et­di­yi­niz hal­da, özü­nü­zü unu­dur­su­nuz? Hal­bu­ki özü­nüz ki­tab oxu­yur­su­nuz. Mə­gər ba­şa düş­mür­sü­nüz?» («Bə­qə­rə» su­rə­si, 44).

Quranı yax­şı bi­lən zə­ka­lı və təc­rü­bə­li bir in­san baş­qa­la­rı­nın din­lə bağ­lı səhv və nöqsan­la­rı­nı ən ki­çik in­cə­li­yi­nə qə­dər dü­zəl­də, bu mə­sə­lə­də on­la­ra nə­si­hət ve­rə, xə­bər­dar­lıq edə bi­lər. Bu, müs­bət bir hal­dır, la­kin bu, in­sa­na hə­min səhv və gü­nah­la­rı özü­nün də et­mə­si­nə haqq qa­zan­dı­ra bil­məz. Ək­si­nə, in­san baş­qa­la­rı­na ver­di­yi nə­si­hət­dən özü də ib­rət al­ma­lı və hə­min səhv­lə­ri et­mə­mə­yə diq­qət ye­tir­mə­li­dir. Yox­sa baş­qa­la­rı­na ver­di­yi nə­si­hət əcr de­yil, axi­rət­də onun əley­hi­nə bir də­lil ki­mi  çı­xar.

Baş­qa­sı­nın səh­vi­ni üzə çı­xa­ra bi­lən bir in­sa­nın Oxumağa davam et