Doğru Yola Yönəlmənin Sirləri

Kimlərin doğru yolda olduqları Allahın Quranda bildirdiyi sirlərdəndir. İslamda nəzərdə tutulan gözəl əxlaqa əməl edərək Allahın yoluna gələnlər cənnətlə mükafatlanan qullardır.

Hər bir insanın özünə görə doğruları və səhvləri olur. Hər bir doğrunun təsbit edilmə qaynağı isə fərqlidir. Bəziləri oxuduğu kitabı, bəzisi ətrafında gördüyü insanı, bəzisi hər hansı bir siyasətçini, bəziləri də hər hansı bir filosofu özünə rəhbər edir. Halbuki, Allahın insanlar üçün təyin etdiyi ən doğru və insanı qurtuluşa aparacaq yeganə yol İslamın gətirdiyi gözəl əxlaqdır.

Möminlər Allahın razılığını, rəhmətini və cənnətini qazanmaq üçün səy göstərirlər. Quranda bildirilən gözəl əxlaqa tabe olmamaq isə insanları dünyada və axirətdə sonsuza qədər davam edəcək ümidsizliyə, bədbəxtçiliyə və əzaba aparır. Oxumağa davam et

Nələrdən İmtina Edə Bilərsiz?

Sə­mi­mi şə­kil­də Al­la­hın razılığından kə­nar heç bir məq­səd və əvəz güd­mə­dən infak etmək, yəni Al­lah yo­lun­da mal-döv­lət sərf et­mək ima­nın gös­tə­ri­ci­si­dir. Al­lah yo­lun­da mal-döv­lət sərf edən mö­min­lər bir çox ayə­lər­də mədh edil­miş və müj­də­lən­miş­lər. La­kin «Ali-İm­ran» su­rə­si­nin 92-ci ayə­sin­də Al­lah yo­lun­da mal-döv­lət sərf et­mək­lə bağ­lı çox in­cə və mü­hüm bir meyar ve­ril­miş­dir: «Sev­di­yi­niz şey­lər­dən (haqq yo­lun­da) sərf et­mə­yin­cə sa­va­ba çat­maz­sı­nız». Ayə­də be­lə buy­ru­lur:

«Sev­di­yi­niz şey­lər­dən (haqq yo­lun­da) sərf et­mə­yin­cə sa­va­ba çat­maz­sı­nız. Şüb­hə­siz ki, Al­lah xərc­lə­di­yi­niz hər bir şe­yi bi­lən­dir!» («Ali-İm­ran» su­rə­si, 92).

İn­sa­nın bir ada­ma və ya bir şe­yə ver­di­yi də­yər onu əl­də et­mək üçün fə­da et­dik­lə­ri­nin öl­çü­sü ilə düz mü­tə­na­sib­dir. Əgər in­san bə­zi şey­lə­ri fə­da et­mir­sə, Oxumağa davam et