İmanın müxtəlif dərəcələri var. Allah ayələrində güclü imana malik olan müsəlmanların vəsflərinə diqqət çəkmişdir. Belə ki, Allahdan çox qorxan, Onu çox sevən, həyatlarının hər anını Onun üçün yaşayan və Onun əmr etdiyi kimi gözəl əxlaqlı olan təqvalı müsəlmanlarla bərabər vicdanları ilə hərəkət etməyən, heç bir üzrlü səbəbi olmadığı halda, dinsizliyə qarşı Allah yolunda fikri mübarizə aparmaqdan çəkinən və ya əsəbiləşmək, hadisələr qarşısında kədərlənmək və təşvişə düşmək kimi Allahın insanları çəkindirdiyi pis əxlaq xüsusiyyətlərindən əl çəkməyən, bunlara baxmayaraq, iman gətirdiklərini söyləyən insanlar da var. Oxumağa davam et
semimi
Namaz və Huşu
Hər gün müəyyən vaxtlarda nizamlı şəkildə yerinə yetirilməsi fərz sayılan ibadətlər var. Lakin həmin ibadətlərin daim yerinə yetirilməsini möminlər yalnız vərdiş halını alan ibadətlər qismində nəzərdən keçirməməlidirlər. Tam əksinə, Allah üçün yerinə yetirdiyi bu ibadət möminə hər dəfə yeni həyəcan və şövq verməlidir. Namaz da bu şəkildə daim yerinə yetirilən ibadətlərdəndir. Quranda möminlərin namazlarını huşu ilə qıldıqları bildirilir:
«Həqiqətən, möminlər nicat tapmışlar! Onlar namazlarında müti olub Ona boyun əyərlər!» («Muminun» surəsi, 1-2). Oxumağa davam et
Başqalarına Nəsihət Verib Özünü Unutma!
«Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz? Halbuki özünüz kitab oxuyursunuz. Məgər başa düşmürsünüz?» («Bəqərə» surəsi, 44).
Quranı yaxşı bilən zəkalı və təcrübəli bir insan başqalarının dinlə bağlı səhv və nöqsanlarını ən kiçik incəliyinə qədər düzəldə, bu məsələdə onlara nəsihət verə, xəbərdarlıq edə bilər. Bu, müsbət bir haldır, lakin bu, insana həmin səhv və günahları özünün də etməsinə haqq qazandıra bilməz. Əksinə, insan başqalarına verdiyi nəsihətdən özü də ibrət almalı və həmin səhvləri etməməyə diqqət yetirməlidir. Yoxsa başqalarına verdiyi nəsihət əcr deyil, axirətdə onun əleyhinə bir dəlil kimi çıxar.
Başqasının səhvini üzə çıxara bilən bir insanın Oxumağa davam et
Sədaqət və İtaət
Quranda insan xarakterləri müxtəlif şəkillərdə təfsilatı ilə verilmişdir. Həmçinin, möminlərin əxlaqının son dərəcə müfəssəl tərifi verilir. Allahın ruhunu gəzdirən, Ona inanan və yalnız Ona itaət edən möminlərin Quranda sadalanan bütün xüsusiyyətləri yüksək əxlaqa və xarakterə əsaslanır.
İnkarçıların və möminlərin təriflərinə nəzər salanda, hər iki tərəfin bir-birinə tamamilə zidd xüsusiyyətlərə malik olduqlarını görürük. Məsələn, möminlər səmimi və etibarlı, inkarçılar isə səmimiyyətsiz və mənfəətçidirlər. Möminlər təvazökar, cəsur, fədakar, inkarçılar isə özündənrazı, qorxaq və xudbindirlər.
Möminlər və inkarçılar arasındakı bu böyük fərqlərdən biri də sədaqət anlayışında ortaya çıxır. İnkarçılar əsla həqiqi sədaqətə malik ola bilməzlər. Onlar yalnız öz mənafelərini güddükləri üçün sevdiklərini söylədikləri insanları (dostlarını, yaxınlarını) bu mənfəətlərinin xətrinə çox asanlıqla aldada bilərlər. Doğru olduğunu bildikləri yoldan asanlıqla geri dönərlər.
Halbuki möminlər tamamilə fərqlidirlər. Onların meyarı öz mənafeləri deyil, Allah rizasıdır. Bütün davranışlarını Allahın istədiyi şəkildə həyata keçirərlər. Bu səbəbdən də sevdiklərini (yəni başqa möminləri) Oxumağa davam et