Şəxsiyyətinizin Gizli Tərəfi: Səmimilik

“Allah tərəfindən qarşısıalınmaz gün gəlməmişdən əvvəl Rəbbinizin çağırışına cavab verin! O gün sizin üçün heç bir sığınacaq olmayacaq və siz inkar edə bilməyəcəksiniz.” (Şura surəsi, 47)

 Səmimilik insanın qəlbində hiss etdiklərini qarşısındakı insana olduğu kimi ifadə etməsi, çox dürüst, ürəyiaçıq olmasıdır. İnsanın əsl düşüncələrini və şəxsiyyətini gizlətmədən, özünü olduğundan fərqli göstərmədən tanıtmasıdır. Əgər insan qəlbən səmimi deyilsə, onu zahirən təqlid edə bilməz. Səmimi insanın bütün davranışları təbiidir və bu təbiilik insanlarda çox müsbət təsir yaradır. Səmimi insanın baxışları, danışığı, üslubu, üz ifadələri çox təbii və təsirli olur. Oxumağa davam et

Gələcək Qorxusu

Səmimi şəkildə din əxlaqına uyğun yaşadıqda insanların dərd və sıxıntısı ortadan qalxar, hər kəs rahat və dinc yaşayar.

Möminlərdən başqa, demək olar ki, bütün insanlar gələcəkdə onları nələrin gözlədiyini düşünür və gələcəyə dair pis ehtimallara yer verib sıxıntı cəkirlər. Bu da onları ciddi şəkildə narahat edir. Bundan başqa, insanların əksəriyyətinin keçirdiyi narahatlıqlar da gələcək qorxusuna aiddir. Kiçik yaşlarda bunlar məktəb imtahanları, dostluq əlaqələri, dərsə cavab vermək kimi adi problemlərdən ibarətdir. Ancaq yaş ötdükcə insanların problemə çevirərək qorxduqları məsələlər də artır.

Məktəb illərində insanın geyimi, yeyəcəkləri yemək, dostları ilə arasındakı problemlər, sinifdəki etibarı, məktəbdəki uğuru və ailə münasibətləri onun üçün dünyanın ən böyük problemlərindəndir. Bu məsələlərdəki hər hansı bir çatışmazlıq insan ruhuna dərindən təsir edir, hətta stress və depressiyaya səbəb olur. Bu problemlər çox vacib olan universitet imtahanı ilə kulminasiya nöqtəsinə çatır. Çünki bu imtahandan keçməsə, ailəyə veriləcək cavab, vəziyyətin qohumlara və ətrafdakılara açıqlanması kimi qayğılar həmin insanın mənəvi cəhətdən çökməsinə səbəb olur. Bu cür vəziyyətlərə dövrümüzdə o qədər rast gəlirik ki, universitet və ya məktəb imtahanlarının nəticələri açıqlandıqdan sonra qəzetlərdə çıxan intihar xəbərlərinə alışmışıq. Ancaq unutmaq olmaz ki, bunlar çox yersiz narahatlıqlardır. Əlbəttə, hər bir insan imtahandan keçmək, yaxşı təhsil almaq istəyir. Ancaq əlindən gələni etdiyi halda, imtahandan keçə bilmirsə, bu təqdirdə Allaha təvəkkül edib Rəbbimizin ona daha gözəl nəticə verməsi üçün dua etməlidir. Nəticədə, burada əldə etdiyi və ya edə bilmədiyi hər hansı bir uğur qısa həyatdan sonra ölümlə mənasını itirəcəkdir. Geriyə qalan insanın Allaha olan etibarı, təvəkkülü və imanı olacaqdır. Oxumağa davam et