New Age (Yeni Əsr) imperializmi

4020483_origTarix boyu böyük və güclü ölkələrin öz rifah və zənginliklərini yüksək səviyyəyə çatdırmaq üçün daha zəif ölkələr üzərində hakimiyyət qurma arzusu müstəmləkəçilik hərəkatını ortaya çıxardı. Müstəmləkəçi ölkələr işğal etdikləri ölkələrin insan resurslarını, işçi qüvvəsini, təbii sərvətlərini və bazarlarını ələ keçirdilər. Qurduqları müstəmləkə rejiminə müqavimət göstərməmələri və maraq sistemlərinə zərər verməmələri üçün də yerli xalqları, onların hər cür sosial, mədəni və dini həmrəyliyini ciddi təzyiq altında saxladılar.

XVI əsrdə başlayan müstəmləkəçilik dövrü ərzində Fransa, İngiltərə, Hollandiya kimi ölkələr qoşun göndərdikləri müxtəlif Afrika, Asiya və Sakit Okean hövzəsi ölkələrində koloniya dövlətləri qurdular. Daha sonra həmin ərazilərə öz rəhbərlərini və qurumlarını yerləşdirməklə yerli xalqları öz maraqlarına xidmət etdirəcək planlar qurdular.

XIX əsrin sonları – XX əsrin əvvəllərində Avropada başlayan və bütün dünyaya yayılan milli dövlət anlayışının təsiri ilə müstəmləkəçilik hərəkatı mərhələli olaraq sona çatdı. Ancaq I və II Dünya Müharibəsi dövründə qlobal güc nisbətlərinin yenidən formalaşması, ad olaraq artıq mövcud olmayan, ancaq anlayış olaraq heç vaxt yox olmamış müstəmləkəçiliyin fərqli növlərini gündəmə gətirdi. Oxumağa davam et

Kommunist Separatçi Terrorun Qaynaği Darvinizmdir

Darvinizm separatçı terrorun qidasıdır. Bunun üçün Darvinizm fikri mübarizə ilə aradan qaldırılmalıdır.

Bunu izah etməyin yolu isə, insanlara məsuliyyətsiz heyvan olmadıqlarını, Allah tərəfindən yaradıldıqlarını, axirətdə etdiklərindən hesab verəcək fərdlər olduqlarını izah etməkdir.

Darvinizmin yalanlarına görə, həyat mübarizə və döyüş yeridir. Həyatda qala bilmək üçün bu mübarizədən qalib çıxmaq, yəni var gücü ilə döyüşmək lazımdır. İnsanlıq tarixinin bir qarşıdurmadan ibarət olduğunu və inkişafın döyüşməklə mümkün olduğunu iddia edən kommunizm və faşizm, Darvinizmin bu əsassız iddialarına əsaslanmışdır. Oxumağa davam et