Edinburq Universitetindəki tədqiqatçılar bir yarasa kimi səs dalğaları ilə yolunu tapan ağıllı qulaqlara sahib bir robot üzərində işləyirlər. Universitetin informatika bölməsindən Jose Carmena və iş yoldaşları düzəltdikləri bu robota “RoBat” adını verdilər. RoBata eynilə ağız funksiyası yerinə yetirən bir səs mənbəyi və iki sabit səs qəbuledicisi qoyuldu. Daha sonra robotun ağzı eynilə yarasadakı kimi əks-səda edəcək səs dalğalarını (ekolar) yaymaq üzrə təşkil edildi.
RoBatın dizaynında, səs dalğalarını ən yaxşı şəkildə istifadə etmək üçün yarasanın başqa xüsusiyyətləri də nəzərə alındı. Yarasalar əks etdirilən səs dalğalarının tezlik aralığını müəyyən etmək üçün qulaqlarını oynadır və bu şəkildə qarşılarındakı maneələri rahatlıqla aşıb, ovlarını tapıb tuturlar. RoBat da, yarasadakı kimi qüsursuz bir mexanizmə sahib olması üçün səsdən sürətli qəbuledicilərə təchiz edildi.
Təbiətdən ilhamlanaraq hazırlanan bu tip səs qəbulediciləri sayəsində bir gün yolların daha etibarlı hala gələcəyi düşünülür: ( New Scientist, 14 Ekim 2000, s.20)
Necə ki, Mercedes, BMW kimi avtomobil istehsalçıları, geri çarxda fəaliyyətə keçən səsdən sürətli qəbuledicilərdən istifadə edirlər. Sürücü bu qəbul edicilər sayəsində arxasında dayanan avtomobil və ya cismə nə qədər yaxınlaşdığını öyrənə bilir.