Demokratiyanın Əsas Prinsipləri Quranda Bildirilib

Business people communicating with each other against whitePeyğəmbərimizin (s.ə.v) yaşadığı Əsri-səadət dövründə müasir demokratik prinsiplər ən gözəl şəkildə tətbiq edilmişdir. Çünki insan hüquqları, demokratiya, azadlıq, gözəl əxlaq, elm, incəsənət, estetika kimi Quran əxlaqının tələbi olan anlayışların hamısı demokratik cəmiyyətin əsas prinsiplərini təşkil edir. Bəşəriyyətə xoşbəxtlik və həyat sevinci təqdim edən bu model Allahın Quranda bildirdiyi və qulları arasında tətbiq edilməsini istədiyi əsl müsəlman əxlaqıdır. Oxumağa davam et

İntihar Etmək Haramdır

img1568163Adnan Oktarın 11 oktyabr 2009-cu il tarixli Kanal 35 və Kral Karadeniz TV müsahibəsindən

ADNAN OKTAR: Bir insan intihar edəcək qədər gücünü itiribsə, bu, onun mənəvi cəhətdən nə qədər çökdüyünü göstərir. İnsan nə olur olsun, cinayət törətməz. Heç bir səbəb insanı cinayət törətməyə təşviq edə bilməz. Özünü öldürməsi də cinayətdir və bu, çox böyük haramdır. Bir hadisə olubsa, evdən çıxarsan, gedib parkda oturarsan. Yarım dilim çörək yeyərsən, bir məscidin həyətində yatarsan, ancaq yenə də insan özünü öldürməz. Çox böyük haramdır. Oxumağa davam et

Müsəlmanın diqqətinin və şüurunun açıq olmasına kömək edən səbəblər

Müsəlman diqqətinin və şüurunun hər an, hər saniyə açıq olması üçün nələrə fikir verməlidir?2942294-chicholiko

İman gətirən insan Allahın Quranla insanlara bildirdiyi həqiqətlərə səmimi qəlbdən inanıb, bütün həyatını bu həqiqətlər əsasında yaşamağa qərar verib.

Allahdan başqa qüvvə olmadığına, qədərin, məhşər gününün, cənnətin və cəhənnəmin haqq olduğuna, dünya həyatının imtahan yeri olduğuna və hər insanın Quran əxlaqı ilə yaşamaqla məsul olduğuna qəti iman gətirib. Bu imanı nəticəsində bir insan bütün həyatı boyu artıq Quranla bildirilən həqiqətlər əsasında yaşayır. Hər anını bu məlumatlar işığında, Allahın rizasına uyğun keçirir. Oxumağa davam et

Ailə Həyatında Qadına Verilən Dəyər

helal-sut-emmis-binlerce-erkegin-evlenmek-istedigi-20-kadin-ozelligi-1263429228İnsanların dünyəvi dəyərlər üzərində qurduqları ailələr qısa müddətdən sonra cansıxıcı ola bilər. Ailələrdə bu hala tez-tez rast gəlmək olur. İnsanlar hörmət və sevgilərini dünyəvi dəyərlər üzərində qurduqda və bu dəyərlərdə hər hansı bir dəyişiklik olduqda bu hisslərini dərhal itirə bilirlər. Sevgi, hörmət, sədaqət kimi anlayışlar gözəllik, zənginlik, sağlamlıq, mövqe, ya da etibar kimi meyarlara əsaslandığında bu nəticə, demək olar ki, qaçılmaz olur. Oxumağa davam et

Müsəlman dünyasının sülhə qovuşmasının yeganə həlli: Quran müsəlmanlığı

Quran müsəlmanlığının kökündə gözəllik, keyfiyyət və xoşbəxtlik var3196290-buse

Asiya Afrika ilə əlaqəli strateji mövqeyi, məhsuldar torpaqları, yeraltı və yerüstü sərvətləri ilə yanaşı, mədəni zənginliyi, tarixi keçmişi ilə heç vaxt uduzmayıb. İslam dünyası təkcə regional sülhün deyil, qlobal sülhün də baş aktyorlarından biridir. Tarixi və mədəni cəhətdən dünyanın ən zəngin sivilizasiyalarının beşiyi olan bu seçilmiş bölgə son dövrdə qan gölünə çevrilib. Sivilizasiyalar diyarını bu gün duman bürüyüb. Oxumağa davam et

Müsəlmanlarını sevgisinin mənbəyi: Allah sevgisi

  • Müsəlmanlar kimləri sevərlər?21025020
  • Müsəlmanların sevgi bəslədiyi insanlar və nemətlər nə üçün çoxdur?
  • Cənab Adnan Oktarın sevgisizlikdən xilas olmaq üçün tövsiyələri nələrdir?

Müsəlmanın sevgi ilə Allah’a üz tutması Onun təcəllilərini də sevməsinə səbəb olur. Möminin insan, uşaq, heyvan və çiçəyə olan sevgisinin çox güclü olmasının səbəbi budur. Ona görə, baxdığı hər şeydə Allah’ı görür. Allah rizası üçün sevdiyinə görə, baxdığı bütün gözəlliklərə sevgi bəsləyir. Oxumağa davam et

Dünyaya sevgini öyrədəcək rəhbər: Hz. Mehdi (ə.s)

  • peace_peaceSevgi müəllimi nə deməkdir?
  • Bu məsələni gündəmə gətirən cənab Adnan Oktarın sevgi müəllimliyi haqqındakı fikirləri nələrdir?
  • Dünyada nə üçün sevgi müəlliminə ehtiyac var?

Son günlərdə başda müsəlman ölkələr olmaqla, bütün dünyada zorakılıq, narahatlıq, gərginlik və qarışıqlıq geniş yayılıb. Ancaq bütün insanlar gələcəkdə daha rahat, sülh və əmin-amanlıq dolu günlər üçün baş verənlərdən ibrət götürüb dərs çıxarmalıdır. Oxumağa davam et