Əsl Sevgini Əldə Etməyin Yolları

Qəzetlərdə, jurnallarda, televizor kanallarında və ya ətrafımızda tez-tezbir bir-birilərini nə qədər çox sevdiklərini söyləyən insanların əyləncə yerlərində çəkilmiş rəsmlərini görürük.Bir müddətdən sonar həmin insanların dostluqlarının və ya evliliklərinin bitməsi ilə bağlı xəbərlərlə üzləşirik. Bir müddət əvvəl bir-birini sevdiyini, bir-birinə dəyər verdiyini, “bizim sevgimiz çox fərqlidir” söyləyənlər dava-dalaş edərək, cəmiyyətin qarşısında bir-birinə bəzən kobud sözlərsöyləyərək, böhtanlar ataraq, qarşı tərəfi məhkəməyə verərək ayrılırlar.

Bu şəxslər qəzetlərdən, televizor kanallarından bir-birini ittiham edərək sevgilərinin bitdiyini söyləyir, bir-birini günahlandırır, bir-birindən böyük məbləğdə maddi təzminat tələb edirlər.

İnsanlar arasındakı evlilik, iş ortaqlığı,  dostluq kimi əlaqələrin qopması bu və ya buna bənzər şəkillərdə baş verir. Məhkəmə dəhlizləri bir-birilə dalaşan, mübahisə edən, nifrətindən bir-birinin üzünə belə baxa bilməyən insanlarla dolub-daşır.

Bir müddət əvvəl sevdiklərini bildirən bu insanlar bir-birini alçaldaraq, nifrət edərək ayrılırlar. Oxumağa davam et