Müharibə heç vaxt zərurət deyil

cocuklar-ve-savas20-ci əsrdə tarixin ən böyük iki dünya müharibəsi ilə yanaşı yüzlərlə qanlı regional müharibə, hərbi əməliyyat, qarşıdurma, üsyan və vətəndaş müharibəsi baş verib. Təkcə II Dünya Müharibəsindən sonra 55 il ərzində təxminən 200 müharibə olub. Oxumağa davam et

Şərqdəki terror nə qədər önəmlidir?

İstanbul, Bağdad, Məkkə və Məcocuklar-ve-savasdinə… Təkcə bir həftə ərzində dünyanın böyük paytaxtları və meqapolisləri dəhşətli terror hücumlarına hədəf olub. Təkcə bir həftə ərzində zalımcasına törədilmiş terror aktları ilə yüzlərlə insan həyatını itirdi.

Bu hücumlardan sonra dünya ictimaiyyətinin bu hücumlara nə qədər diqqət yetirməsindən danışmaq lazımdır. Paris hücumunda “hamımız Parisik” deyən millətlər, görəsən, Banqladeşdəki girov məsələsindən xəbərləri oldumu və ya İraqda 167 nəfərin həyatını itirdiyi dəhşətli intihar hücumunu yalnız qəzetin bir guşəsindənmi oxudular? “Bu işlər Yaxın Şərqdə bu şəkildədir” deyə vəziyyəti üstündən keçənlər oldumu görəsən? Ya da bir çoxu “o məkan terrora öyrəşib” deməkləmi kifayətləndi?

Avropada həyata keçirilən dəhşətli qanlı hücumlar Qərbdə terrorizmə olan münasibəti xeyli dəyişdirsə də, Qərbin “şərqin terroruna” münasibətı hazırda çox da fərqli deyil. Aradakı tək fərq İraqda yaşayan bir ailənin qapısının qabağında və ya getdiyi bazarda terror aktı ilə qarşılaşma ehtimalının daha yüksək olmasıdır. Amma bu, terror törədənlərin, terrorun təsirinin və öldürücü gücünün Qərblə eyni olduğu həqiqətini dəyişdirmir. Qərblə Şərqin “terror” anlayışı bir-birindən fərqli olsa da, dönüb son bir həftəyə nəzər yetirdikdə baş verən terror aktlarının hamısının beynəlxalq platformada başqa bir adı yoxdur. Oxumağa davam et

Tənhalıq həyatın təbii bir hissəsi deyil

tenhaliqChannel 4 News TV-nin hazırladığı sənədli filmdə milyonlarla yaşlı insanın yalnızlıq səbəbindən yaşadığı sıxıntılı həyat təsirli şəkildə ekranda göstərilmişdi. Marqaret Nikles “Əgər heç tək qalmamısınızsa, tənhalığın necə bir hiss olduğunu bilmirsiz” sözləri ilə gözlərində yaş həyatını təsvir edirdi. Roy Kraçer isə “Hər dəfə evə gələndə bomboş evə qayıdırsınız, tənhalığın sizi yenidən bürüyəcəyini bilirsiniz və bütün gününüz telefonun bir dəfə də olsun çalmasını gözləməklə keçir” sözləri ilə tənhalığını dilə gətirmişdi. 1

Dövrümüzdə tək yaşayan insanların sayı dünyada 300 milyona çatır. Üstəlik bu rəqəmin hər il getdikcə artdığı bildirilir. Xüsusilə inkişaf etmiş Qərb cəmiyyətlərində tək yaşayan, ya da özlərini tək hiss edən insanların sayında sürətli artım elm adamlarının diqqətini çəkən mövzulardan biridir. Amerika bir çox mövzuda olduğu kimi, bu mövzuda da öndə gəlir. Ölkədə 32 milyondan çox tək yaşayan insan mövcuddur. Ailələrin 28%-ində tək yaşayan insan var.2 Oxumağa davam et

Beyinin insan davranışlarını istiqamətləndirən hissəsi: beyinin ön payı

Bir inİçeriksan hərəkətlərini istiqamətləndirən qərarlar verərkən, bunu bir robot kimi məntiq qaydalarına əsasən etməz. Vicdanını dinləyər, hisslərini də buna əlavə edər. Elmi araşdırmalar beyinin ön payında mövcud olan “ventromedial prefrontal korteks” adlı hissənin bu qərarları verməsində əsas rol oynadığını müəyyənləşdirmişdir.

• Bəs beyinin bu hissəsinin olmaması insanı hansı mənfi davranışlara sürükləyə bilər?

• Uca Allah Quran ayələrində beyinin bu hissəsi ilə əlaqədar nələrə diqqət çəkmişdir? Oxumağa davam et