Gecikdirmək ancaq küfrü artırır

kufrun artisiGecikdirmək ancaq küfrü artırır… (Tövbə surəsi, 37)

Şeytanın insanların bəzilərinə verdiyi hiyləgər təlqinlərdən biri din əxlaqı ilə yaşamağı ertələməkdir. Şeytanın təlqininə inanan insan sonsuz həyatına təsir edən bu işi yaxın gələcəkdə asanlıqla həll etmək üçün yerinə yetirməyə vaxtı olduğunu düşünür. Bir saat sonra, bir həftə sonra, bir ay sonra, gələn il və ya yaşı bir az da irəlilədikdə edəcəyinə əmin olduğuna görə, Quran əxlaqı ilə yaşamağı ertələyir. Halbuki, uca Allah’ın hər insana dünya həyatında verdiyi möhlət bir gün mütləq sona çatacaq və bu müddətin bir il, bir ay, bir gün sonra, yoxsa indi sona çatacağı ancaq Allah dərgahında məlumdur. Buna görə, din əxlaqı ilə yaşamağı ertələmək böyük qəflətdir.

Bir bilik yarışını düşünün. Yarışda qalib gələnə böyük məbləğdə pul mükafatı veriləcək. Görəsən, iştirakçı yarış zamanı nə edər? Suallara cavab verməyi düşünər, yoxsa ətrafa tamaşa edər? Əlbəttə, sualların cavabını verməyə çalışar. Dünya həyatı da eynilə bu yarış kimidir. Bir gün sona çatacaq və hər canlı mütləq ölümü dadacaq. Elə isə hər insan dünya həyatına aldanaraq boş işlərlə vaxt keçirməməli, ömrünün hər anını, hər saniyəsini Allah rizasına uyğun keçirməlidir. Oxumağa davam et

Təlaşlanmaq Şeytanın Hiyləsidir

İman gətirməyən insanlar şeytanın təsiri ilə bir çox yanlış məlumatı öyrənir və həyata keçirirlər. Bu məlumatların təsiri ilə özlərinə zərər versələr də, bunları özlərinə aid bir xüsusiyyət zənn etdikləri üçün dəyişdirmək istəmirlər. Məsələn, təlaşlanmaq onlar üçün bir xüsusiyyətidir. Belə ki, bu xüsusiyyətlərini qəbul etdikləri üçün gün ərzində müxtəlif qorxu və narahatlıqlar yaşayırlar. Hətta gözləmədikləri hadisə ilə qarşılaşdıqda həddindən artıq təlaşlanar, necə davranacaqlarını bilə bilməzlər. Bunu o qədər qəbul edirlər ki, ruhən özlərinə etdikləri təzyiqin bədənlərinə bir çox mənfi təsiri olur. Təlaşlanma nəticəsində başları ağrıyır, tərləyir, nəfəsləri daralır, təzyiqləri qalxır, hətta ölümlə nəticələnən infarkt hadisələri də baş verir. Oxumağa davam et

Həsəd Etməyin!

İman gə­tir­miş in­san di­gər in­san­lar­dan üs­tün dav­ra­nı­şa ma­lik olur. La­kin bu onun im­ta­ha­nı­nın so­na çat­ma­sı de­mək de­yil. Mö­mi­nin də bü­tün in­san­lar ki­mi nəf­si var.

Al­lah im­ta­ha­nın bir zə­ru­rə­ti ki­mi ona gü­nah­lar­dan və pis əməl­lər­dən çə­kin­mə­si­ni il­ham et­di­yi­ni Quran­da bil­dir­miş­dir («Şəms» su­rə­si, 8). Pa­xıl­lıq, hə­səd ki­mi mən­fi əx­laq xü­su­siy­yət­lə­ri də gü­nah­la­ra da­xil­dir və bu, bü­tün in­san­la­rın nəfs­lə­rin­də var:

«…An­caq nəfs­lər­də xə­sis­lik hə­mi­şə möv­cud­dur. Əgər siz yax­şı do­la­nıb (da­va-da­laş­dan, ko­bud rəf­tar­dan) çə­kin­sə­niz bu si­zin üçün da­ha yax­şı olar. Şüb­hə­siz ki, Al­lah et­di­yi­niz hər bir iş­dən xə­bər­dar­dır!» («Ni­sa» su­rə­si, 128). Oxumağa davam et

Quran Oxuyarkən Şeytandan Allaha Sığının!

Al­lah bir sınaq olaraq şey­ta­nı in­san­la­rın dü­şün­cə­lə­ri­nə giz­li təl­qin­lər edən xü­su­siy­yət­də ya­ra­dıb. Bu təl­qin də in­san­la­rın iman də­rə­cə­lə­ri­nə gö­rə də­yi­şir. Şey­ta­nın in­kar­çı­lar qar­şı­sın­da hər is­tə­di­yi­ni et­di­rə­cək bir qüv­və­si ol­du­ğu hal­da, sə­mi­mi mö­min­lə­rin ima­nı­na zə­rər ve­rə bi­lə­cək heç bir qüv­və­si və tə­si­ri yox­dur («Hicr» su­rə­si, 39-40). La­kin şey­ta­nın Al­la­hın xa­lis qul­la­rı­nı az­dır­maq qabiliyyətinə tam malik ola bilməsədə, o, in­san­la­rın nə­zər­lə­ri­ni ya­yın­dır­maq, unut­qan­lıq ver­mək, diq­qət­lə­ri­ni top­la­ma­ğa im­kan ver­mə­mək ki­mi zə­rər­lər ver­mə­yə ça­lı­şır. Şüb­hə­siz ki, şey­ta­nın tə­si­ri ilə hə­rə­kət edən in­san­lar öz söz­lə­ri, da­nı­şıq­la­rı, dav­ra­nış və hə­rə­kət­lə­ri ilə mö­min­lə­ri na­ra­hat edir­lər. Bu­nun ki­mi şey­tan da özü­nün gö­rün­məz­li­yi ilə bu cür na­ra­hat­lı­ğı ver­mə­yə ça­lı­şır. Bununla da şeytan  möminlərin dü­şün­cə­lə­rini məş­ğul edib diq­qət­lə­rini  ya­yın­dı­rmaqla onların xe­yir­li əməl­lə­ri­nə ma­ne ol­maq is­tə­yir.

Şey­ta­nın bəhs et­di­yi­miz bu üsul­la çat­maq is­tə­di­yi məq­səd­lər­dən bi­ri də mö­min­lə­rin Al­la­hın söz­ü olan Quranı oxu­yub dərk et­mə­lə­ri­nin və on­dan gö­zəl şə­kil­də is­ti­fa­də et­mə­lə­ri­nin qar­şı­sı­nı al­maq­dır. Çün­ki mö­min­lər Oxumağa davam et

Allah Üçün Xərcləyən Zaman Niyyəti Təmiz Tutaq

Al­la­hın ra­zı qal­ma­dı­ğı bir dav­ra­nış da mal-dövləti özü­nü gös­tər­mək naminə xərclənməsidir. Özü­nü ca­maa­ta gös­tər­mək məq­sə­di­lə xərc­lə­mək in­kar­çı­la­ra xas olan bir xü­su­siy­yət­dir:

«Öz mal­la­rı­nı xal­qa gös­tər­mək xa­ti­ri­nə xərc­lə­yən­lə­ri, Al­la­ha və axi­rət gü­nü­nə inan­ma­yan­la­rı da Al­lah sev­məz. Şey­tan­la yol­daş­lıq edən­lə­rin yol­da­şı ne­cə də pis­dir!» («Ni­sa» su­rə­si, 38).

La­kin mö­min də bu səhv­lər­də özün­dən ra­zı ol­ma­ma­lı, ma­lı xərc­lə­yər­kən şüu­ral­tı da ol­sa, niy­yə­ti­nə Al­lah razılığından kə­nar məq­səd­lə­rin qa­rış­ma­ma­sı­na diq­qət et­mə­li­dir. Mö­min «xərc­lə­mə­di, az ver­di de­mə­sin­lər», «mə­zəm­mət et­mə­sin­lər», «ca­nı­nı və ma­lı­nı sat­mış iman sa­hi­bi de­sin­lər», «ən çox xərc­lə­yən de­sin­lər», «ən üs­tün ima­na sa­hib olan de­sin­lər», «da­ha çox eti­­bar et­sin­lər, sev­sin­lər və hör­mət et­sin­lər», «yer, və­zi­fə, im­kan ver­sin­lər» ki­mi şey­ta­ni təl­qin­lə­rin hiss et­mə­dən niy­yə­ti­nə qa­rı­şıb əmə­li­ni şir­kə çe­vir­mə­si­nə, axi­rə­ti üçün təh­lü­kə ya­rat­ma­sı­na əs­la im­kan ver­mə­mə­li­dir.

Qurani Kərimdə Allahın Riyazi Möcüzəsi

Quran göndərildiyi gündən etibarən hər dövrdə yaşayan insan qrupunun anlaya biləcəyi asan və aydın dilə malikdir. Ədəbi dilinin mükəmməlliyi, bənzərsiz üslub xüsusiyyətləri və ehtiva etdiyi üstün hikmət bunun ən əhəmiyyətli səbəblərindəndir. Bununla yanaşı Quranın Allahın sözü olduğunu isbat edən bir çox möcüzəvi xüsusiyyəti daha var. Bunlardan biri də Quranda diqqəti cəlb edən söz təkrarlarıdır.

Allah bundan 14 əsr əvvəl insanlara yol göstərici kitab olan Quran-ı Kərimi göndərmiş və bütün insanlığı Qurana riayət edərək qurtuluşa çatmağa dəvət etmişdir. Ayədə də bildirildiyi kimi Quran “…aləmlərə bir zikr (öyüd, xatırlatma, hökm və üstün bir şərəf)dən başqa bir şey deyil.” (Qələm Surəsi, 52) Quran göndərildiyi gündən qiyamət gününə qədər insanlığın tək yol göstəricisi olan son İlahi kitab olacaq. Ancaq 20-ci və 21-ci əsr texnologiyası ilə əldə etdiyimiz bəzi elmi gerçəklərin 1400 il əvvəl Quranda bildirilməsi Quranın Allahın sözü olduğunu isbat edən çox sayda möcüzələrdən biridir. Bu xüsusiyyətlərdən biri də “riyazi möcüzə”lərdir. Bu möcüzəyə bir nümunə isə Qurandakı bəzi söz təkrarlarının verdiyi ortaq ədədi göstərmək olar. Bir-biriylə əlaqədar bəzi sözlər möcüzəvi şəkildə eyni sayda təkrarlanır. Aşağıda bu cür sözlər və Qurandakı təkrarlanma ədədləri verilmişdir.

“Yeddi göy” ifadəsi 7 dəfə keçir. “Göylərin yaradılışı (xəlqi səmavat)” ifadəsi də 7 dəfə təkrarlanır.

“Gün (yəvm)” ifadəsi tək olaraq 365 dəfə keçərkən, çoxluq yəni“günlər (əyyam və yəvməyn)” sözləri 30 dəfə təkrarlanır. “Ay” sözünün təkrar sayı isə 12-dir. Oxumağa davam et

Maddənin Həqiqi Mahiyyəti – 6 (Son)

Hisslərin Beyində Meydana Gəlməsi Fəlsəfə Deyil, Elmi Həqiqətdir

Materialistlər, burada izah etdiklərimizin fəlsəfi görüş olduğunu iddia edirlər. Halbuki bizim “xarici dünya” dediyimiz şeyin hisslər cəmi olduğu, fəlsəfə deyil, elmi gerçəkdir. Görüntünün və hisslərin beyində necə meydana gəldiyi bütün tibb fakültələrində təfərrüatlı şəkildə öyrədilir. Müasir fizika başda olmaqla 20-ci əsr elminin ortaya qoyduğu gerçəklər, maddənin konkret həqiqətə sahib olmadığını, açıq-aydın hər kəsin “beynindəki ekranı” izlədiyini göstərir. Bunu, istər ateist olsun, istər budist olsun, istər başqa düşüncəyə sahib olsun, elmə inanan hər kəs qəbul etmək məcburiyyətindədir. Bir materialist öz aləmində Allahın varlığını inkar edə bilər, amma bu elmi gerçəyi inkar edə bilməz.

Yaşadıqları dövrün elm anlayışı və elmi imkanları kifayət qədər olmasa da, Karl Marks, Fridrix Engels, Corc Politzer və digərlərinin bu qədər asan və açıq gerçəyi qavraya bilməmələri çox qəribədir. Amma müasir dövrdə elmin və texnologiyanın imkanları hədsiz dərəcədə inkişaf etmişdir və bu imkanlar onsuz da çox açıq olan bu gerçəyin qavranılmasını daha da asanlaşdırır. Materialistlər isə qismən də olsa bu mövzunu qavramağın və ümumiyyətlə bu mövzunun öz fəlsəfələrini necə çökdürdüyünü anlamağın verdiyi böyük qorxu içindədirlər. Oxumağa davam et

Ümidsizliyə və Şeytanın Mənfi Təlqinlərinə Fürsət Verməmək

Ümidsizlik iki cür ola bilər. Birinci halda, insan qarşılaşdığı çətinliklər qarşısında ümidsizliyə qapıla bilər. Ancaq iman etmiş hər insan Allahın nəzarəti altında icra edilən və Onun dəstəkləyəcəyini vəd etdiyi işlərdə hər hansı mənfi halın olmayacağını bilər. Çünki Qurandakı ayələrdə Allahın konkret olaraq möminlərin dəstəkçisi olduğu və onları əsla inkarçılar qarşısında köməksiz buraxmayacağı xəbər verilir.

Ümidsizliyin ikincisi isə etdiyi səhv və ya işlədiyi günah səbəbiylə hər hansı insanın öz imanından ümid kəsməsi, Allahın onu bağışlamayacağına və artıq cəhənnəmlik olduğuna özünü inandırmasıdır. Halbuki bu tamamilə Qurana zidd düşüncədir. Əksinə, Allah səmimi tövbə edənlərin bütün günahlarını bağışlayar. Allaha yönəlmək, Onun rəhmətinə sığınmaq üçün heç vaxt “çox gec” deyil. Allah Quranda qullarına belə səslənir: Oxumağa davam et