Uçan Sincablar

“… yayıb səpələdiyi canlılarda tam yəqinliklə inananlar üçün əlamətlər vardır.” (Casiyə surəsi, 4)

Sincablar daha çox Avropa qitəsindəki meşələrdə yaşayırlar. Boyları 25 santimetrdir. Bədənlərinin arxasında, demək olar ki, öz boyları qədər uzun, yuxarıya doğru dikəlmiş, geniş və topa tüklərdən ibarət quyruqları var. Sincap bu uzun quyruğu vasitəsilə müvazinəti pozulmadan ağacdan ağaca tullanır.

Balaca sivri dırnaqları ilə ağaclara dırmaşa bilən sincab bir budağın üstündə qaça bilir, başı aşağı vəziyyətdə yellənir və o şəkildə hərəkət edə bilir. Xüsusilə, boz sincablar bir ağacın ən təpədəki budağından 4 metr uzaqlıqdakı başqa bir ağacın budağına belə rahatlıqla tullana bilirlər. Havada uçarkən qollarını və ayaqlarını açaraq sanki bir planer kimi hərəkət edirlər. Bu zaman yastılaşan quyruqları isə həm müvazinətlərini təmin edir, həm də istiqamətlərini nizamlayan bir sükan vəzifəsini həyata keçirir. Hətta özlərini 9 metr yüksəklikdən boşluğa buraxıb dörd ayaq üzərində yerə yüngülcə enirlər.

Bəs sincab bu çətin hərəkətləri necə bacarır? Oxumağa davam et