Hissləri Saxlayan Hafizə Molekulu

935717_385642964883732_2101149039_nİnformasiyalar beyində daimi saxlanmaq üçün hafizədə qeyd olunmuş digər informasiyalarla birləşdirilir. Bu əməliyyatın ən əsas hissəsi isə hüceyrə daxilində baş verən kimyəvi reaksiyadır. Hər hüceyrənin mikro hafizəsi var. Bu mikro hafizəni daşıdığı informasiyanın miqdarına görə nəhəng kitabxanaya bənzətmək olar. Nəsildən nəslə ötürülən bu mikro ölçüdəki nəhəng arxiv DNT molekuludur. Məlum olduğu kimi, DNT molekulu qoşa spiralvarı quruluşdadır. 4 əsas kimyəvi maddədən təşkil olunub: A-adenin, Q-quanin, S-sitozin, T-timin. Bu dörd hərf üçlü kombinasiyalarda birləşərək genetik şifr əmələ gətirir. Oxumağa davam et

Əmr Mərkəzi: Beyin

İnsan beyni bir çox işi eyni anda yerinə yetirən sistemə malikdir. Məsələn, bir insan beynindəki qüsursuz quruluş sayəsində bir tərəfdən avtomobili sürərkən, digər tərəfdən maqnitofonu işə sala bilir, o əsnada sükanı da rahatlıqla idarə edə bilirik. Bir çox işi eyni anda yerinə yetirməyimizə baxmayaraq qarşımızdakı avtomobillər və ya piyadalarla toqquşmuruq. Eyni anda ayaqlarımız ilə qaz pedalını idarə edirik. Radio dinləyərkən deyilənləri də tam şəkildə anlayırıq. Söhbətə qaldığımız yerdən davam edir və ən əsas odur ki, bütün bu proseslərin hamısını eyni anda mükəmməl idarə edirik. Qısaca desək, insan Oxumağa davam et