Ədalət deyiləndə, bəlkə də, ədalətli davranmağın çox asan olduğunu, bütün qərarlarınızda həmişə ədalətli davrandığınızı düşünə bilərsiniz. Ancaq verəcəyiniz ədalətli qərar nəticəsində bir yaxınınız, ananız, atanız və ya qohumunuz fiziki və ya mənəvi sıxıntıya düşsə, yenə də bu qərarı asanlıqla verərsinizmi? Sevdiyiniz, ancaq doğru yoldan çıxmış bir şəxs barəsində qərar verərkən tərəfsiz, dürüst ola bilərsinizmi?
sıxıntı
Dua sıxıntı və zərərə yol açan hadisələrə qarşı sədd çəkir
Möminlərlə zəif imanlı insanların duaları arasındakı fərq nədir?
İnsan dua edərkən nəyə diqqət etməlidir?
“Birdən olsa” məntiqi ilə dua etmək nə üçün böyük qəflətdir?
Bəzi insanlar vərdiş kimi, xüsusilə də çətin vəziyyətlərdə dərhal Allah’a dua edirlər. Ancaq bu insanların duası möminlərin duasından çox fərqlidir. Çünki bu insanlar ancaq çətinlik anlarında Allah’a möhtac olduqlarını xatırlayır və o an sıxıntıdan xilas olmaq üçün uca Allah’a üz tutaraq dua edirlər. Halbuki, insanın həyatında Allah’a möhtac olmadığı bircə an da yoxdur. İman zəifliyi olan insanlarla möminlərin dualarındakı fərq burada üzə çıxır.
Möminlər həmişə və hər vəziyyətdə Allah’a üz tuturlar. Dua etmək üçün özlərinə sıxıntı gəlməsini gözləmirlər. Oxumağa davam et
İnkarçıların Həyat Tərzinə Rəğbət Bəsləməyək!
«Kafirlərin bəzi zümrələrinə verdiyimizə fani dünya malına rəğbət gözü ilə baxma…» («Hicr» surəsi, 88).
Allah var-dövləti həm müsəlmanlara, həm də kafirlərə verə bilər. Quran da bunu açıq şəkildə bildirir. Lakin ayələrə baxanda məlum olur ki, zənginliyin hər iki tərəfə verilməsinin məqsədləri fərqlidir.
Müsəlmanlara verilən zənginliyin səbəbi gözəl əxlaqlarının əvəzi olaraq Allahın onlara gözəl həyat tərzi vəd etməsidir. Allah müsəlmanları yer üzünün mülklərinə varis edəcəyini bildirmişdir. Belə ki, peyğəmbərlərin həyatına baxanda onların həyatında ortaq dəyişikliyin olduğunu görürük. Bu dəyişiklik peyğəmbərlərin həyatlarının başlanğıcında maddi çətinlik içində yaşamalarına baxmayaraq, onların bir müddət sonra böyük zənginliklərə qovuşmasıdır. Oxumağa davam et
Allahın Rəhmindən Ümidini Üzmə!
«Məndən onlara de: «Ey Mənim özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!» («Zumər» surəsi, 53).
Ayədə bildirildiyi kimi, insanlar bəzən bilərəkdən və ya bilməyərəkdən səhvlər edirlər. Bu mövzu ilə bağlı ayənin xitabından da məlum olduğu kimi, burada Allahın rəhmətini uman insanlara üz tutulur. Yəni ayədə bildirilən öz əleyhlərinə olmaqla həddi aşan insanlar Allaha iman gətirən insanlardır. Buna görə də belə bir hal demək olar ki, müsəlmanlara da aiddir.
Allah bir çox ayələrində hətta təqva sahibi olan müsəlmanların da səhv edə biləcəklərini vurğulamışdır. Belə açıqlamalar insanın qəlbinə fərəh verir. Əks halda bilərək və ya bilməyərək səhv edən müsəlman böyük bir sıxıntı və ya vicdan əzabı çəkə bilər. Lakin müsəlmanların Oxumağa davam et
Möminin Qətiyyəti
Möminin ən mühüm xüsusiyyətlərindən biri də son dərəcə qətiyyətli olmasıdır. O, heç zaman şövq və həyəcanını itirməz. Onun məqsədi yalnız Allahın razılığını qazanmaqdır. Buna görə heç bir çətinlik onu yolundan döndərə bilməz. İnsanların onlar haqqında nə düşündükləri də önəmli deyildir. Yeganə istəyi Allahın razılığıdır; bütün həyatını bu hədəfə görə plandaşdırır.
Allah möminlərin qətiyyətli olmalarını müxtəlif formalardan sınaqdan keçirir. Məsələn, Allah möminlərə bir müddət sıxıntı verə bilər; onları tərbiyə etmək üçün çətinlik verə bilər. Quranda bu vəziyyət belə açıqlanır:
«Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlığı ilə imtahan edərik. Səbir edən şəxslərə müjdə ver!» («Bəqərə» surəsi, 155).
Qəti düşüncəyə sahib olan mömin, ayədə bildirildiyi kimi, bütün çətinliklərə səbr edər. Quranda möminlərin bu davranışı belə bildirilmişdir:
«Neçə-neçə peyğəmbər bir yığın allahpərəstlə birlikdə vuruşmuşlar. Lakin onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də boyun əymişlər. Allah səbr edənləri sevər! Onların: «Ya Rəbbimiz, günahlarımıza və işlərimizdə həddi aşdığımıza görə bizi bağışla! Qədəmlərimizi möhkəmləndir və kafirlərə qələbə çalmaqda bizə kömək et!» – deməkdən başqa sözləri olmamışdır» («Ali-İmran» surəsi, 146-147).
Fitnə
Ərəb dilində bəzi kəlmələr hər dildə olduğu kimi bir çox mənalarda işlənmişdir. Azərbaycan dilində bəzi kəlmələrin fərqli mənaları olduğu kimi, ərəb dilindəki «fitnə» kəlməsinin də fərqli mənaları vardır.
Fitnə əslində «qızılın digər yad metallardan ayrılması məqsədi ilə qaynadılması üsulu» üçün istifadə olunan bir kəlmədir. Quranın bir çox ayəsində fitnə sözün kökünə bağlı olaraq möminlərlə inkarçıların və ya münafiqlərin bir-birindən ayrılması üçün yaradılan imtahanlara verilən addır. Bu imtahanların əsas xüsusiyyəti özündə azdırıcı ünsürləri də daşımasıdır. Yəni insanın doğru yoldan azması və ya hidayətə tabe olması bu imtahan qarşısında göstərdiyi davranışa bağlıdır. Hz.Musanın Quranda xəbər verilən duası fitnənin həm azdırıcı, həm də hidayətə çatdıran xüsusiyyətlərinin olduğunu göstərir. Ayədə belə buyurulur:
«Musa Bizim təyin etdiyimiz vaxt üçün öz tayfasından yetmiş adam seçmişdi. Onları sarsıntı yaxalayanda Musa dedi: «Ey Rəbbim! Əgər istəsəydin, bundan qabaq onları da, məni də məhv edərdin. Aramızdakı səfehlərin törətdiyi günahlar üzündən bizi məhvmi edəcəksən? Bu Sənin sınağından başqa bir şey deyildir. Sən onunla istədiyini zəlalətə düçar edər, istədiyini doğru yola salarsan. Sən bizim hamimizsən. Bizi bağışla və rəhm et. Axı Sən bağışlayanların ən yaxşısısan!» («Əraf» surəsi, 155).
Dünyanın bir imtahan yeri olduğu və insanların imanlarının mütləq qaydada sınağa çəkiləcəyi Quranın bir çox ayələrində xatırladılır:
«İnsanlar yalnız: «İman gətirdik!» – demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? Biz onlardan əvvəlkiləri də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düzdanışanları da, yalançıları da çox gözəl tanıyar!» («Ənkəbut» surəsi, 2-3).