Siyasətdə öyrəşmədiyimiz anlayış: sevgi

Qətliam, terror və müharibələrin bügünkü halına nəzər yetirib «dünya necə bu hala gəldi» deyənlər bir az ətraflarına, ətraflarındakı həyatlara, insanların, jurnalistlərin, liderlərin və ən önəmlisi siyasətçilərin üslubuna baxmalıdırlar. Qarşılıqlı şəkildə itirilmiş hörmət, ittifaq ruhu, anlayış və fədakarlıq çox şeyə ziyan vurub. Ən böyük ziyanı isə dünyada sevginin yox olmasıdır.

Bu mövzuya siyasət prizmasından baxaq. Ölkələr arası qarşılıqlı anlaşmazlıqların səbəblərini araşdıranlar, xüsusilə, radikal fikir və hərəkətləri təqsirləndirirlər ki, bunda da çox haqlıdırlar. Dini radikallar, irqçi radikallar, fəlsəfi radikallar, ateist radikallar, kommunist radikallar və daha bir çoxları hamısı fərqli ideologiyaları təmsil edirlər. Bu radikallaşmanın qarşısının alına bilməməsinin ən böyük səbəblərindən biri isə siyasət dilinin insan fitrətinə zidd qəzəb və ikiüzlülük içində olmasıdır. Siyasətçilər bir-birlərinə uyğun olmayan üslubda xitab edir, daxili siyasətdə bir-birləri ilə uzlaşmayan liderlər ölkələrin idarəçiliyi və gələcəyi üçün qeyri-sabit mühiti asanlıqla yarada bilirlər. Hər seqmentin sülh içində təmsil oluna biləcəyi qarışıq hökumətlər qurula bilmir, tərəflər heç bir şəkildə bir araya gələ bilmir, qəzəb dili uzlaşma imkanını aradan qaldırır. Qeyri-sabit hökumətlər daima problem yaradır və liderlər anlaşmazlıq içində olduğundan xalq da qütbləşir. Oxumağa davam et

Dünya Qadına Baxışını Yeniləməlidir

Pakistanlı şagird Malala Yusifzai uzun müddətdir bir çox insanın görmək istəmədiyi bir dramı ən təmiz, ən səmimi şəkildə makiyaj-gozel-qadin-portretidünyaya yenidən xatırlatdı: İslam dünyasında qız olmaq çox çətindir… Əslində, təkcə İslam dünyasında deyil, bütün dünyada qadın olmaq çətindir, ancaq bəzi müsəlman ölkələrində xurafatçılığın qazandığı güc və zorakılığa meyillilik bu çətinliyi daha diqqətçəkən edir.

BMT-nin məlumatlarına əsasən, dünya əhalisinin 49.7%-i qadındır və bir çox ölkədə qadınlar ancaq məruz qaldıqları təzyiq və zorakılıqla yadda qalırlar. İş, siyasət, təhsil kimi həyatın müxtəlif sahələrində qadınlar hər cür cəmiyyətdə gizli və ya açıq ayrı-seçkiliklə qarşılaşırlar. Dünyanın 500 böyük firmasının sadəcə 13 qadın idarəçisi var. Siyasətdə də vəziyyət fərqli deyil, milli məclislərdəki qadınların sayı sadəcə 23 ölkədə 30%-dir. Digər tərəfdən, dünyada 2 milyon yoxsulun 70%-ini qadınlar təşkil edir, oxuma-yazma bilməyənlərin 2/3-si qadınlardır.

Müsəlman ölkələrə baxdıqda isə bütün bu sualların daha ciddi ölçüdə olduğunu görürük.  Bunun səbəbi bir çox İslam ölkəsində qadının ikinci sinif hesab olunmasına dair müxtəlif İslam mənbələrindəki xurafatların dəlil göstərilməsidir. Başqa sözlə, qadına din adı altında təzyiq göstərilməsi qadın azadlığı tərəfdarlarının dini dəyərlərə qarşı çıxırmış kimi göstərilməsidir. Oxumağa davam et