Axırzaman Şəxsləri Kimlərdir?

 Yaşadığımız əsr Peyğəmbərimizin (s.ə.v) hədislərində və İslam alimlərinin əsərlərində xəbər verilən axırzaman1015270_414211345360227_653699306_o əlamətlərinin reallaşdığı müjdəli bir dövrdür. Bu əlamətlərin bir-birinin ardınca reallaşması ilə bütün İslam aləmi çox müqəddəs bir hadisənin baş verməsini ümidlə gözləyir: hz. İsanın yer üzünə ikinci dəfə gəlişi, hz. Mehdinin zühuru və İslam əxlaqının bütün dünyaya hakim olması.

Axırzaman qiyamətdən əvvəlki son dövr mənasına gələn bir anlayışdır. Axırzamanın xüsusiyyətləri və əlamətləri Peyğəmbərimizin (s.ə.v) hədislərində təfsilatlı olaraq təsvir edilmişdir. Axırzamanla bağlı məlumatlar, ən etibarlı və təməl İslami qaynaqların da əsas mövzularından biridir. Oxumağa davam et

İslami Mənbələrdə “Axır Zaman”

Axır zaman, “son dövr” mənasını verir və İslama görə Qiyamətə yaxın bir zamanda, Quran əxlaqının hakim olacağı və din əxlaqının insanlar arasında geniş şəkildə yaşanacağı dövrü ifadə edir. Bu dövrdə insanların hüzur və güvən içində yaşamaları üçün lazım olan hər cür şərait mövcud olacaq, əvvəlki dövrlərdə yaşanan hər cür çətinliyin əvəzinə bolluq, bərəkət və ədalət hakim olacaq, əxlaqsızlıq, saxtakarlıq və degenerasiyanın hər növü ortadan qalxacaqdır.

Bu dövr, bütün inanan insanların əsrlərdir həsrətlə gözlədikləri İslam əxlaqının hakim olduğu müqəddəs bir dövrdür.

Oxumağa davam et