Gecikdirmək ancaq küfrü artırır… (Tövbə surəsi, 37)
Şeytanın insanların bəzilərinə verdiyi hiyləgər təlqinlərdən biri din əxlaqı ilə yaşamağı ertələməkdir. Şeytanın təlqininə inanan insan sonsuz həyatına təsir edən bu işi yaxın gələcəkdə asanlıqla həll etmək üçün yerinə yetirməyə vaxtı olduğunu düşünür. Bir saat sonra, bir həftə sonra, bir ay sonra, gələn il və ya yaşı bir az da irəlilədikdə edəcəyinə əmin olduğuna görə, Quran əxlaqı ilə yaşamağı ertələyir. Halbuki, uca Allah’ın hər insana dünya həyatında verdiyi möhlət bir gün mütləq sona çatacaq və bu müddətin bir il, bir ay, bir gün sonra, yoxsa indi sona çatacağı ancaq Allah dərgahında məlumdur. Buna görə, din əxlaqı ilə yaşamağı ertələmək böyük qəflətdir. Oxumağa davam et