Dünyada İslam adına ortaya çıxan böyük kütlə var. Qurandan xəbərsizdirlər. Özlərinin uydurduğu xurafatlardan ibarət batil dinlə yaşayırlar. Quranda olmayan bir şeyin olduğunu deyir, halalı haram edir, yeni bidətlər uydurur, sevgi və sülh dini olan İslamı nifrət və müharibə dininə çevirməyə çalışırlar. Ən təhlükəli cəhətlərindən biri də bu dinə İslam adını vermələri və İslam adı altında həyata keçirdikləri fəaliyyətlərlə İslama zərər vermələridir.
Onların dinində hər şey qadağandır. Gülmək, xoşbəxt olmaq, təhsilli və baxımlı olmaq, Allah`ın verdiyi və halal etdiyi bütün nemətlər haramdır. Onların dinində nifrət, qəzəb və bədbəxtlik var. O din qapqaranlıqdır, çünki haqq olanı tətbiq etmirlər. Haqqın yerinə batili qoyublar. Qurana zidd olan uydurma sözləri hədis adlandıraraq Peyğəmbərimizə (s.ə.v) iftira atırlar (Peyğəmbərimizi (s.ə.v) tənzih edirik). Quranı dəyişdirməyə, yeni din meydana gətirməyə çalışırlar. Uydurduqları dini isə heç özləri də tətbiq etmirlər. Oxumağa davam et