Dinsiz Millət Yaşaya Bilməz

mirriİnsanların bəziləri din əxlaqının yalnız bəzi ibadətlərdən ibarət olduğuna dair yanlış inanca sahibdirlər. Halbuki, həqiqi din Allahın fərz buyurduğu oruc tutmaq, 5 vaxt namaz qılmaq, zəkat vermək kimi ibadətlərlə yanaşı, insan həyatının hər anını əhatə edir və beləcə, insanlara Quranda təsvir edilən dünyagörüşü və gözəl əxlaq qazandırır. Dininə bağlı, səmimi müsəlman Allahın razılığını, rəhmətini və cənnətini qazanmaq üçün həyatının hər anında Quranda təsvir edilən bu üstün əxlaqı yaşamağa cəhd edir. Oxumağa davam et

Təkamül nəzəriyyəsinin məktəb terrorlarında rolu

imagesSon illərdə Avropa və ABŞ məktəblərində baş verən silahlı terror hadisələrində çoxlu sayda şagird qətlə yetirilmişdir. KİV çox vaxt bu qırğınları depressiv və ya sosiopat davranışlı (anti-sosial şəxsiyyət pozuntusu) olan insanların əməli kimi tanıdıb. Ancaq diqqətlə təhlil etdikdə bu qırğınların ardınca başqa amil də nəzərə çarpır: həyatın güclü ilə zəifin mübarizəsi olduğunu iddia edən təkamül nəzəriyyəsi.

Amerika Birləşmiş Ştatlarının Kolorado ştatında Kolumbayn liseyinin sonuncu sinif şagirdləri Erik Harris və Dilan Kliboldun 20 aprel 1999-cu ildə birlikdə məktəbə etdikləri silahlı hücumda 13 nəfəri qətlə yetirmiş və daha sonra intihar etmişlər. Bir qəzet verdiyi xəbərdə “Kolumbayn Liseyinə hücum edərək 13 yoldaşını qətlə yetirən Erik Harris və Dilan Kliboldun Darvinin təbii seçmə nəzəriyyəsindən təsirləndiyi məlum olub” cümləsi ilə bu terrorun səbəbini açıqlamışdır. Oxumağa davam et

Bolşevik Vəhşiliyin Tarixi

20-ci əsr insanlıq tarixinin ən qanlı dövrüdür. Bu əsr əvvəlki əsrlərdə olmayan və görülməmiş dünya müharibələri, soyqırımlar, ölümcül əmək düşərgələri, kimyəvi silahlar, nüvə silahları, bombardmanlar, partizan döyüşləri, terror əməliyyatları kimi vəhşiliklərlə doludur. Bu əsrdə saydığımız üsullarla öldürülən insanların sayı yüz milyonlarladır.

20-ci əsrin bu qədər qanlı olmasının iki mühüm səbəbi var. Birincisi, inkişaf edən texnologiya köhnə silahlarla müqayisədə daha çox məhvetmə gücünə malik silahların istehsalına imkan vermişdir. Daha əhəmiyyətli olan ikinci səbəb isə bu silahların qorxunc vəhşiliklə istifadə edilməsinə şərait yaradan ideologiyalar mövcud olmuşdur. Təməlləri 19-cu əsrdə atılan müxtəlif “izm”lərin qanlı nəticəsi əsasən 20-ci əsrdə görülmüşdür.

Kommunizm bu “izm”lərin ən qanlısı, ən mərhəmətsizi və ən geniş miqyaslısıdır. 20-ci əsrdə kommunist rejimlər və ya təşkilatlar tərəfindən öldürülən insan sayı təxminən 120 milyondur. 120 milyon insan sırf bu ideologiya uğrunda edam edilmiş, konslagerlərdə ölənədək işlədilib qətlə yetirilmiş, “sürgün” edilərək Sibir səhralarında məhv edilmiş, qəsdən təşkil edilən qıtlıqlarla acından öldürülmüş, ən qorxunc həbsxanalarda ən qorxunc işgəncələrə məruz qalmış, beyni yuyulmuş kommunist hərbçilər tərəfindən güllələnmiş, boğulmuş və məhv edilmişdir. 1917-ci ildə Rusiyada reallaşan qanlı Bolşevik İnqilabı ilə başlayan vəhşilik, ilk əvvəl yeni qurulan Sovet İttifaqına, daha sonra Şərqi Avropaya, Çinə, Koreyaya, Vyetnama, Kambocaya, Latın Amerikasına, Kubaya və Afrikaya yayılmışdır.

İndi isə bu qırmızı vəhşiliyin tarixini araşdıracağıq… Oxumağa davam et