İnsanlardakı Mənəvi Boşluğun Əsl Səbəbi

Bəzi insanları mənəvi boşluğa salan səbəblər nələrdir? İnsanlar bu mənəvi boşluqdan necə xilas ola bilərlər?

Elm və texnologiya sahəsində əldə edilən nailiyyətlər bəşəriyyətin önündə yeni üfüqlər açır və həyatımızı asanlaşdırır. Ancaq bütün bu texnoloji və elmi nailiyyətlər əsrin ən əsas problemlərindən biri olan mənəvi boşluğu da özü ilə birgə gətirir. İnkişaf edən texnologiya, elm və tibb sahəsindəki irəliləyişlər, insanların həyatını asanlaşdıran yeni kəşflər onları axtardırdıqları mənəvi rahatlıqla heç cür təmin etmir, bir çox insan bədbin həyatdan, stress və sıxıntıdan şikayət edir. Bunun ən mühüm səbəbi isə insanların xoşbəxtliyi yanlış yerdə axtarmasıdır. Oxumağa davam et

Qədərə Təslimiyyət

Dünya həyatındakı imtahanın çox mühüm bir sirri var. Bu sirri bilən möminlər çətinliklərə qarşı böyük şövq və sevinclə səbir göstərirlər. Bu sirrin əsasında “qədər” gerçəyi dayanır. Müsəlman, Allahın hər şeyi qədər ilə yaratdığını və qarşılaşdığı hadisələrin də ancaq Allahın istəyi ilə reallaşdığını bilir. İnsan həyatını bütün incəliklərinə qədər yaradan Allahdır. Ənam Surəsində dünyada meydana gələn kiçik-böyük bütün hadisələrin Allahın istəyi ilə reallaşdığı belə ifadə edilir:

Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Ənam Surəsi, 59)

İnsan zamana tabe olan və hadisələri ancaq yaşadığı andan baxaraq qiymətləndirməyi bacaran varlıqdır. İnsan gələcəyini bilmədiyi üçün qarşılaşdığı hadisələrdəki uzunmüddətli hikmətləri, gözəllikləri və xeyirləri də həmişə görə bilmir. Lakin zamana tabe olmayan və zamanı yaradan Allah zamana tabe olan bütün varlıqların həyatını “zamanın xaricindən” görür və bilir. Elə burada qədər gerçəyi ilə qarşılaşırıq. Qədər Allahın keçmişdə baş vermiş və gələcəkdə olacaq bütün hadisələri tək bir an olaraq bilməsidir. Yəni “nəticəsi bilinməyən hadisələr” yalnız bizim üçün “bilinməz”dir. Allah bizim bilmədiyimiz hadisələrin hamısını bilir. Buna görə də əslində insanın imtahanı, əvvəli və sonu müəyyən olan imtahandır. Keçmiş, gələcək və yaşadığımız an Allah Qatında birdir və hamısı olub bitmişdir. Biz isə bu hadisələri ancaq yaşayaraq öyrənirik. Oxumağa davam et