Susamasaydınız, nə baş verərdi?

Allah bütün ehtiyaclarımızı mükəmməl sistemlə var etmişdir. Bu səhifədə oxuyacağınız iki nümunə bunun ən gözəl dəlillərindəndir…

İçdiyiniz suyu gördünüzmü? Onu buluddan siz endirirsiniz, yoxsa Biz endiririk? Əgər istəsəydik, onu acı edərdik. Bəs nə üçün şükür etmirsiniz? (Vaqiə surəsi, 68-70)

İnsan qidalanmadan 1-2 həftə yaşaya bilər, su içmədən isə 3-4 gündən çox yaşaya bilməz. İnsan bədəninin 75%-i sudan ibarətdir. Tərləmə və tənəffüs vasitəsilə insan gündə 2-3 litr su itirir. İtirilən su susadıqdan sonra içilən su ilə kompensasiya edilir. Oxumağa davam et

İnsanın Bir Damlasını Belə Meydana Gətirə Bilmədiyi Nemət: Su

İnsanın əlində bütün xammallar olmasına baxmayaraq, meydana gətirə bilmədiyi ən böyük nemətlərdən biri “su”dur. Həyat üçün ən böyük ehtiyac olan su, insanlara Allah tərəfindən hazır olaraq təqdim edilmişdir. Suyun meydana gəlməsini bir laboratoriyada müşahidə edə bilməz, onu meydana gətirə bilmərik. Su, dünyanın meydana gəlişi əsnasında xüsusi olaraq meydana gəlmiş və canlılara təqdim edilmişdir. O vaxtdan bu vaxta kimi canlıların həyatda qalmasını təmin edən su, həmin o sudur. Oxumağa davam et

Zamansızlıq və Qədər Gerçəyi

ZAMAN NƏDİR?

Zaman, bir anı digər an ilə müqayisə etdiyimizdə meydana gələn anlayışdır. Yəni zaman bizim yaşadığımız hadisələr arasında apardığımız müqayisəyə söykənir. Məsələn, bir insan otağa girir, sonra yerdə olan qələmi görür və əyilib onu götürür. Daha sonra bu qələmi masaya qoyur. Həmin insan, bütün bu hərəkətlər arasında müqayisə edir. Hər biri arasında müəyyən müddət keçdiyini düşünür və beləcə zaman hissini əldə edir.

Yəni, zaman beyində xatirə olaraq saxlanan bəzi məlumatlar, daha doğrusu görüntülər arasında müqayisə aparıldığında var olur. Əgər bir insanın yaddaşı olmasaydı, o insan hal-hazırkı anı yaşayacaq, beyni bu cür şərhlər edə bilməyəcək və dolayısı ilə zaman hissi də meydana gəlməyəcəkdi. Oxumağa davam et

Meyvə və Tərəvəzlərdəki Bənzərsiz Sənət

Eyni quru torpaqdan çıxan, eyni su ilə sulanan meyvələr və tərəvəzlər inanılmaz müxtəlifliyə malikdir. Meyvələrin və tərəvəzlərin ləzzətlərini, qoxularını və dadlarını düşündükdə bu cür müxtəlifliyin necə ortaya çıxması ağıla gəlir. Eyni torpaqdakı eyni su və minerallardan istifadə edərək fərqli dad və qoxuları əsrlərdən bəri heç səhvə yol vermədən və bir-birlərinə qarışmadan saxlayanlar, əlbəttə, üzümlərin, qarpızların, qovunların, kivilərin, ananasların özləri deyil. Bu bənzərsiz ləzzəti, görünüş və dadı onlara Allah verir.

Oxumağa davam et

Okeanların Təmin Etdiyi Tarazlıqlar

Yağışlar, dənizlər, çaylar, okeanlar, kranı açdıqda axan içməli su… İnsanlar suyun varlığına o qədər adət ediblər ki, yer üzünün böyük hissəsinin sularla əhatə olmasının əhəmiyyətini bəlkə də heç düşünmürlər. Ancaq məlum olan bütün göy cisimlərinin arasında yalnız Yerdə suyun olması, üstəlik bu suların içməli olması son dərəcə mühüm məsələdir.

Günəş sistemindəki digər 63 göy cismindən heç birində həyatın əsas şərti olan su yoxdur. Lakin Yer səthinin dörddə üç hissəsi sudur. Okeanlar kimi böyük su kütlələrilə yanaşı çaylar, kiçik göllər kimi ölçüləri və xüsusiyyətləri bir-birindən fərqli olan sular da var. Bütün sular duzlu və ya şirin deyil. Yerdə bütün canlıların ehtiyaclarına görə nizamlanmış qüsursuz su tarazlığı var.

Yer üzündəki milyonlarla canlı növü su sayəsində həyatlarını davam etdirir, Oxumağa davam et