
1967-ci ildə ABŞ casus peykləri Xəzər dənizi üzərində hərəkət edən nəhəng cisim müəyyən etdi. Səlahiyyətli şəxslər dərhal bu vəziyyətdən xəbərdar edildilər. Bir qrup tədqiqatçı Vaşinqtonun kənarında Müdafiə və Təhqiqatlar Agentliyi MTA-nın “Yaşıl otaq” adlandırılan hissəsində bu məsələni müzakirə etmək məqsədi ilə toplandı. Cisim təyyarəyə bənzəyirdi, amma sərnişin təyyarəsindən böyük idi. Nəhəng quruluşu var idi, ancaq qanadları çox kiçik idi. Uçması qeyri-mümkün görünən bu cisim otaqdakı səlahiyyətli şəxsləri çox təəccübləndirmişdi. Oxumağa davam et