Qurbağa kimi suda-quruda yaşayan canlılar nə üçün təkamül nəzəriyyəsinə dəlil ola bilməz?

1232788848_qurbagaBəzi canlılar həyatlarının müxtəlif dövrlərində yaşadıqları mühitin şərtlərinə uyğunlaşmaq üçün fiziki dəyişikliklər keçirirlər. Bu dəyişiklik prosesinə biologiyada metamorfoz (dəyişmə) deyilir. Bu prosesi biologiya və təkamül nəzəriyyəsinin iddiaları haqqında məhdud məlumata malik kütlələr təkamül nəzəriyyəsinə dəlil kimi göstərməyə çalışmışlar. Metamorfozu təkamülə misal kimi göstərən mənbələr bu barədə məlumatı olmayan kütlələri yanıltmağı hədəf alan dar düşüncəli, səthi təbliğat kitabları, yeniyetmə təkamül tərəfdarları və ya bəzi cahil biologiya müəllimləridir. Təkamülün əsas problemləri və ziddiyyətləri barədə ətraflı məlumata malik olan elm adamları isə bu cür gülünc iddiaları gündəmə gətirməkdən çəkinirlər. Çünki nə qədər ağılsız iddia olduğunu bilirlər… Oxumağa davam et

Mikrodünyanın Canlıları: Planktonlar

Planktonlar dəniz altındakı həyat zəncirinin ən mühüm, ən vacib halqalarından biridir. Bu canlıların ölçüsü bir neçə mikrometrədən çox deyil. Bir mikrometrin bir  metrin milyonda biri olduğu nəzərə alındıqda, bu canlıların gözlə görünməyəcək qədər kiçik olduğu başa düşülür. Bəs gözlə görülməyəcək qədər kiçik olan bu canlıları bu qədər əhəmiyyətli, hətta həyatın davamlılığı üçün lazımlı edən hansı xüsusiyyətdir?

Dəniz altındakı bir çox canlının əsas qidası bitki və heyvan əsaslı olmaqla iki qrupa ayrılan planktonlardır. Bu səbəbdən planktonların azalması balinalardan kiçik dəniz canlılarına qədər bir çox canlı üçün təhlükə yaradır. Bu mikroskopik canlıların əhəmiyyəti sadəcə bununla məhdudlaşmır. Xüsusilə bitki əsaslı planktonlar dünyadakı müxtəlif müvazinətlərin təmin edilməsində mühüm faktordur.

Oxumağa davam et