Amerika prezident seçkilərində məğlub olanlar əslində kimlərdir?

trump2016-cı il ABŞ prezident seçkilərində respublikaçı partiyanın namizədi Donald Tramp qalib gələrək ABŞ-ın 45-ci prezidenti oldu. Bu nəticədən sonra hər kəs Trampı və onun ilk anda qeyri-adi görünən uğurunu danışır. Bir tərəfdən, dünya siyasətində yeni siyasətin hakim olacağı müzakirə edilərkən, digər tərəfdən bu siyasətin hansı istiqamətdə inkişaf edəcəyi təxmin edilməyə çalışılır.

Trampın qalib gəlməsi çox danışılsa da məhz seçkidə məğlub olanlardan və onun səbəblərindən də bəhs etmək lazımdır. Seçkilərdə məğlub olan əslində demokratlar partiyasının namizədi Hillari Klinton deyil, o təkcə məğlubiyyətin görünən üzüdür. Trampın prezident seçkilərindəki qələbəsinin yolunu açan əsas amil Amerika xalqının keçmiş “Amerika röyası” ruhu üçün darıxmasıdır. Beləliklə, bu seçkilərin nəticəsini araşdırarkən bu məsələni mütləq nəzərə almaq lazımdır. Oxumağa davam et

Müharibə heç vaxt zərurət deyil

cocuklar-ve-savas20-ci əsrdə tarixin ən böyük iki dünya müharibəsi ilə yanaşı yüzlərlə qanlı regional müharibə, hərbi əməliyyat, qarşıdurma, üsyan və vətəndaş müharibəsi baş verib. Təkcə II Dünya Müharibəsindən sonra 55 il ərzində təxminən 200 müharibə olub. Oxumağa davam et

İŞİD gedərsə, dərdlər bitəcəkmi?

publika.az1415359222publika.az1404249981RKPKLYV2655534

Bütün dünyaya təsir edən problemə birlikdə şahid oluruq. Belə ki, ölkələr bu problemi həll etmək üçün toplaşır, həll yolları axtarır, hərbi güclərini işə salırlar. Amerika, Kanada, Avstraliya, Rusiya, Fransa ilə birlikdə İngiltərə və Almaniya parlamentləri də müdaxilə edir və əsgərlərini həmin bölgəyə göndərirlər. Amma nəticə dəyişmir və problem getdikcə artır.

Milyonlarla insanın həyatına aidiyyəti olan bu problemlə mübarizə hazırda da davam edir. Bəhs etdiyimiz problem  İŞİD problemidir.

Oxumağa davam et

Suriya, Şərqi Türkistan, Arakan, İraq, Fələstin, Əfqanıstan, Kəşmir…

439650_433468Hal–hazırda dünyanın demək olar ki, hər tərəfində böyük qarışıqlıq hökm sürür. Vəziyyətin nə qədər ciddi olduğunu mediada yer alan xəbərlərdən də görə bilərik. Hər gün yüzlərlə insan öz yurdlarını tərk etmək məcburiyyətində qalır, yüzlərlə insan qətlə yetirilir. Gənc qızlar, qadınlar zorakılığa, uşaqlar təcavüzə məruz qalır. Atılan zəhərli silahlar səbəbiylə körpə uşaqlar göz görə-görə can verirlər. Oxumağa davam et