Suriyada müharibə əvəzinə sülh əməliyyatı keçirilsin

suriya_muharibe_2Günlərdir bütün dünya Bəşər Əsədin kimyəvi silahdan istifadə edib-etmədiyi ilə bağlı mübahisələr aparır. Kimyəvi silahdan istifadə etdiyi artıq aydındır, ancaq daha önəmlisi budur ki, Suriyada iki ildən çoxdur davam edən müharibəyə dünyanın böyük əksəriyyəti səssiz qalır.

Bu səssiz əksəriyyət insanları hansı silahlarla öldürülməsi ilə maraqlanır. Ölkədə demək olar ki, daş daş üstündə qalmayıb, milyonlarla insan qonşu ölkələrdə qaçqın vəziyyətində yaşayır, işgəncələr, qırğınlar həyatın təbii mənzərəsinə çevrilib və BMT-nin məruzələrinə əsasən, 100.000-dən çox insan ölüb, ancaq səssiz qalan əksəriyyət bir dəfə olsun dönüb Suriyaya baxmır. Oxumağa davam et