Qədər tarix boyunca mübahisə edilən mövzulardan biridir. Allahın kainatı və canlıları, keçmiş və gələcək bütün hadisələri “bir anda” yaratmasına qədər deyilir. Bu da kainatın yaradılmasından qiyamətə qədər baş verən bütün hadisələrin Allah Qatında “baş verib bitməsi” deməkdir. Hələ baş verməyən hadisələr “bizim” üçün gələcək sayılır, Allah üçün deyil. Belə ki, Allah zamana və məkana tabe deyil, çünki zamanı və məkanı yaradan Odur. Qısası, Allah üçün keçmiş, gələcək və bu an eynidir və hər şey olub bitmişdir. Məsələn, Allah hz. Musa doğulmadan və ya Misir dövləti qurulmadan Fironun həyatının necə olacağını bilir. Çünki bunların hamısı Allah Qatında “bircə an” olaraq yaradılmışdır.
şüur
Maddə Ruhun İzahıdır
Musiqi dinləyərkən ritmdən zövq alan, yemək yeyərkən dadından ləzzət alan və ya almayan, qarşısındakı insanı sevən, şəfqət göstərən, öz mənliyini araşdıran, beynini laboratoriyada tədqiq edən, kəşflər edən, problemləri həll edən, uğurlarına görə sevinən, qərar verən, musiqi bəstələyən, kitab yazan varlıq, görəsən, şüursuz təsadüflər nəticəsində meydana gələ bilərmi?
Görəsən, hansı təsadüfi kimyəvi reaksiya insana gözəl davranmağı, incə düşüncəli olmağı, fədakarlıq etməyi öyrədə bilər?
Görəsən, hansı təsadüfi hadisə nəticəsində insan öyrənmə, hafizəsində saxlama, qarşısındakını tərbiyə etmə, dövlətləri idarə etmə qabiliyyəti qazanmışdır? Oxumağa davam et
Maddənin Həqiqi Mahiyyəti – 3
Bura qədər izah etdiklərimizdən aydın olduğu kimi içində yaşadığımızı zənn etdiyimiz və “xarici dünya” olaraq adlandırdığımız maddi dünyanın əslində beynimizdə meydana gəldiyinə şübhə yoxdur. Amma burada mühüm sual ortaya çıxır: Bildiyimiz bütün maddi varlıqlar əslində hissdirsə, o zaman beynimiz nədir? Beynimiz də qolumuz, ayağımız və ya hər hansı digər əşya kimi maddi dünyanın bir parçası olduğuna görə o da digər maddələr kimi bir hiss olmalıdır.
Yuxu ilə bağlı çəkəcəyimiz nümunə mövzunu daha yaxşı açıqlayacaq. İndiyədək izah etdiklərimizə uyğun olaraq beynimizin içində yuxu seyr etdiyimizi düşünək. Bu yuxuda xəyali bədənimiz, xəyali qolumuz, xəyali gözümüz, xəyali beynimiz olacaq. Yuxu əsnasında bizə “harada görürsən?” sualı verilsə, verəcəyimiz cavab “beynimdə görürəm” olar. Amma ortada gerçək beyin yoxdur. Yalnız xəyali bədən, xəyali qafa tası və xəyali beyin var. Yuxunuzdakı görüntünü görən iradə isə yuxudakı xəyali beyin deyil, ondan daha “dərin” varlıqdır.
Yuxudakı mühitlə gerçək həyat dediyimiz mühit arasında hər hansı fiziki fərq olmadığını bilirik. Bu halda, gerçək həyat dediyimiz mühitdə bizə “harada görürsən?” sualı verilsə, yuxarıdakı nümunədə olduğu kimi “beynimdə” cavabını verməyin mənası yoxdur. Hər iki vəziyyətdə də görən və hiss edən iradə ət parçasından ibarət beyin deyil. Oxumağa davam et
İslam Əxlaqının Xoşgörüşü, Ədaləti və Mərhəməti

Hz. Muhəmmədin (səv) vəfatından sonra İslamın yayılması surətlənmişdi. İslam, bir neçə on il ərzində bütün Mezopotamiyaya, Şimali Afrikaya yayıldı. Qərbdə İspaniyaya, Şərqdə isə Hindistana qədər irəliləmişdi.
Bir neçə on il əvvəl Ərəbistan çöllərində heyvandarlıqla məşğul olan ərəblər, İslamın onlara qazandırdığı ağıl, mədəniyyət və şüurla böyük imperiyanın idarəçilərinə çevrilmişdilər. Bu, tarixdə misli görülməmiş yüksəliş idi. 100 il ərzində İslam İmperiyası çox böyük əraziyə yayıldı və çox güclü administrasiyaya sahib oldu.
Bu geniş ərazilərdə xristian və yəhudilər əsas olmaqla, bir çox fərqli dini icma yaşayırdı. Müsəlmanlar fəth etdikləri torpaqlardakı bütün fərqli inanc sistemlərinə böyük hörmətlə yanaşırdılar. Rəbbimizin, “Dində məcburiyyət yoxdur…” (Bəqərə Surəsi, 256) hökmünə əsasən heç kim dininin dəyişdirilməsi üçün məcbur edilmir, hər kəsin vicdan azadlığına hörmət edilirdi. Kilsələr və sinaqoqlar həssaslıqla qorunurdu. Zorla din dəyişdirmənin geniş yayıldığı dövrdə müsəlmanların bu tolerantlığının bənzəri yox idi. Oxumağa davam et
“Ana Təbiət” Kimdir?
Təkamülçülər təbiətin yaradıcı gücə sahib olduğunu fərz edirlər. Bu qəribə fərziyyəyə həm özləri inanır, həm də digər insanları buna inandırmağa çalışırlar. Bu məqsəd üçün əllərindəki bütün imkanları da səfərbər edirlər. Məsələn, televiziyadakı bəzi sənədli filmlərdə, jurnal, qəzet və kitablarda təbiətdəki hər hansı bir gözəllikdən danışarkən “Bu, təbiətin insana hədiyyəsidir”, “Ana Təbiətin möcüzəsidir”, “Təbiət vergisi olaraq qunduzlar özlərinə möhtəşəm bəndlər inşa edirlər” kimi ifadələrdən istifadə edirlər. Bəs təkamülçülərin yaradıcı kimi gördükləri “ana təbiət” kimdir? Oxumağa davam et