Quranda təkamülə dəlil yoxdur

baby_growingTəkamül nəzəriyyəsi 19-cu əsrdə Çarlz Darvinin araşdırmaları nəticəsində ortaya qoyulan və insanları Allah`ın yolundan yayındırmaq istəyənlərin dəstəklədiyi bir yalandan ibarətdir. Bu yazı təkamül nəzəriyyəsinin bəzi insanların iddia etdiyi kimi, Quran ayələri ilə dəstəklənmədiyini, əksinə, Qurandakı bir çox ayə ilə nəzəriyyənin tamamilə dini inkar edən məntiq üzərinə qurulduğunu sübut etmək üçün hazırlanmışdır. Oxumağa davam et

“Ana Təbiət” Kimdir?

Təkamülçülər təbiətin yaradıcı gücə sahib olduğunu fərz edirlər. Bu qəribə fərziyyəyə həm özləri inanır, həm də digər insanları buna inandırmağa çalışırlar. Bu məqsəd üçün əllərindəki bütün imkanları da səfərbər edirlər. Məsələn, televiziyadakı bəzi sənədli filmlərdə, jurnal, qəzet və kitablarda təbiətdəki hər hansı bir gözəllikdən danışarkən “Bu, təbiətin insana hədiyyəsidir”, “Ana Təbiətin möcüzəsidir”, “Təbiət vergisi olaraq qunduzlar özlərinə möhtəşəm bəndlər inşa edirlər” kimi ifadələrdən istifadə edirlər. Bəs təkamülçülərin yaradıcı kimi gördükləri “ana təbiət” kimdir? Oxumağa davam et