Münafiqin Əsas Xüsusiyyətləri

Münafiqlər iman gətirən səmimi müsəlmanlardan xarici görünüş baxımından elə də çox fərqlənmirlər, narsizm-bir-liderlik-ozelligimilakin daxili aləmləri tamamilə fərqlidir. Münafiqlər kənardan baxan insana dini yaşadıqları təəssüratını verə bilərlər. Danışıq və rəftarları ilə müsəlman təqlidi edə bilər, ibadətləri ilə özlərini dindar olaraq tanıda bilərlər. Ancaq onların din anlayışı Quranı deyil, öz yanlış məntiqlərini əsas olaraq qəbul edir. Dinlə bağlı düşüncələrinin təməlində mənfəət qazanma, öz istək və həvəslərini təmin etmək məqsədi yatır. Münafiqlər bu niyyətlərini gizlədərək möminlər arasında Quran əxlaqının yaşandığı mühitdəki gözəlliklərdən istifadə etmək istəyirlər. Oxumağa davam et

Islam dini incəsənət və estetika ilə sıx bağlıdır

Bir cəmiyyətin inkişafının və rifah səviyyəsinin ən əsas göstəricilərindən biri, şübhəsiz ki, incəsənət, estetika və keyfiyyətdə ən irəlidə528275 olmasıdır. İslam dinində də incəsənətə böyük əhəmiyyət verilir. Bu günə qədər memarlıq, ədəbiyyat kimi bir çox sahədə iz qoymuş gözəl İslam incəsənəti nümunələri buna bariz nümunədir.

İncəsənət dedikdə rəssamlıq, musiqi kimi sahələr ağıla gəlsə də, möminlər bununla kifayətlənməz və həyatlarının hər sahəsində incəsənət və estetikanı ən yüksək səviyyədə tətbiq edərlər. Oxumağa davam et

Həsəd Etməyin!

İman gə­tir­miş in­san di­gər in­san­lar­dan üs­tün dav­ra­nı­şa ma­lik olur. La­kin bu onun im­ta­ha­nı­nın so­na çat­ma­sı de­mək de­yil. Mö­mi­nin də bü­tün in­san­lar ki­mi nəf­si var.

Al­lah im­ta­ha­nın bir zə­ru­rə­ti ki­mi ona gü­nah­lar­dan və pis əməl­lər­dən çə­kin­mə­si­ni il­ham et­di­yi­ni Quran­da bil­dir­miş­dir («Şəms» su­rə­si, 8). Pa­xıl­lıq, hə­səd ki­mi mən­fi əx­laq xü­su­siy­yət­lə­ri də gü­nah­la­ra da­xil­dir və bu, bü­tün in­san­la­rın nəfs­lə­rin­də var:

«…An­caq nəfs­lər­də xə­sis­lik hə­mi­şə möv­cud­dur. Əgər siz yax­şı do­la­nıb (da­va-da­laş­dan, ko­bud rəf­tar­dan) çə­kin­sə­niz bu si­zin üçün da­ha yax­şı olar. Şüb­hə­siz ki, Al­lah et­di­yi­niz hər bir iş­dən xə­bər­dar­dır!» («Ni­sa» su­rə­si, 128). Oxumağa davam et