Quranda təkamülə dəlil yoxdur

baby_growingTəkamül nəzəriyyəsi 19-cu əsrdə Çarlz Darvinin araşdırmaları nəticəsində ortaya qoyulan və insanları Allah`ın yolundan yayındırmaq istəyənlərin dəstəklədiyi bir yalandan ibarətdir. Bu yazı təkamül nəzəriyyəsinin bəzi insanların iddia etdiyi kimi, Quran ayələri ilə dəstəklənmədiyini, əksinə, Qurandakı bir çox ayə ilə nəzəriyyənin tamamilə dini inkar edən məntiq üzərinə qurulduğunu sübut etmək üçün hazırlanmışdır. Oxumağa davam et

Təkamül sehrbazlığı: elmi dəlili olmayan nəzəriyyəni elm kimi göstərmək

piltdaun-adamiElm təcrübi metodlara və reallığa əsaslanaraq qanunlar çıxarmağa çalışır. Ancaq dövrümüzdə təkamül nəzəriyyəsi elmin bu tərifindən tamamilə uzaqlaşaraq sanki sehrbaz oyunları ilə ayaqda tutulmağa çalışılır. Başqa sözlə, olmayan şey müxtəlif hiylələr və illüziya oyunları ilə insana reallıq kimi hiss etdirilir. Təbiət və canlılar aləmi haqqında həvəskar səviyyəsində məlumatı olan və heç vaxt ciddi biologiya təhsili almamış Darvin bu sahədə ilk sehrbaz olub. Oxumağa davam et

Əksəriyyətin Təkamül Nəzəriyyəsinə İnanması Darvinizmin Doğru Olduğunu Göstərmir

darwin_orgin_of_speciesDarvinistlər: “Təkamül nəzəriyyəsi elm dünyasında əksəriyyət tərəfindən qəbul edilir”, – deyə yalan təbliğat aparırlar. Başqa sözlə, təkamülçülər insanlara onlarla həmfikir olan çoxlu elm adamlarının olduğunu və əksəriyyətin həmişə haqlı olduğunu təlqin edirlər. “Bu qədər insan təkamül nəzəriyyəsini müdafiə etdiyinə, universitetlərdə təkamülə inananlar əksəriyyət təşkil etdiyinə görə nəzəriyyə doğrudur” kimi həqiqəti əks etdirməyən məntiqlə cəmiyyətdə psixoloji təsir meydana gətirməyə çalışırlar. Müsəlmanlar bu yalan təlqinlərdən təsirlənməməli və darvinistlərin yalanlarına aldanmamalıdırlar.
Son 20-30 ildə təkamül nəzəriyyəsini inkar edən elm adamlarının sayı sürətlə artır. Onların əksəriyyəti kainatdakı və canlılardakı qüsursuz yaradılışı görərək darvinizm doqmasından uzaqlaşırlar. Oxumağa davam et

Ağıl dişi nə üçün təkamül nəzəriyyəsinə dəlil ola bilməz?

Təkamül nəzəriyyəsinin mühüm xətalarından biri də “rudiment orqanlar” iddiasıdır. Tə13879799427817838622064294021kamülçülər canlıların bəzi orqanlarının artıq funksiyasını itirdiyini və zaman keçdikcə bu orqanların itəcəyini iddia edirlər. Bu iddiaya əsaslanaraq da “əgər canlı orqanizmi yaradılsaydı, işə yaramayan orqanlar olmazdı” mesajını cəmiyyətə verməyə çalışırlar.
XX əsrin əvvəlindəki təkamülçü KİV-lərində insan orqanizmində appendiks (arasında apendisit kimi tanınan kor bağırsaq), ,büzdüm sümüyü badamcıqlar, epifiz vəzi, qulaq seyvanı, timus (çəngələbənzər vəzi) və ağıl dişinin də daxil olduğu yüzə qədər orqan “rudiment orqan” elan edilmişdi. Amma sonrakı onilliklər ərzində tibb sahəsində mühüm addımlar atıldı. Oxumağa davam et

Nə Üçün DNT Təsadüflə Açıqlana Bilməz?

Dövrümüzdə elmlə əldə etdiyimiz məlumat səviyyəsi canlıların əsla təsadüflərlə meydana gəlməyəcək qədər0b8979a795 qüsursuz və son dərəcə mürəkkəb quruluşa malik olduğunu göstərir. Son illərdə “İnsan genomu layihəsi” sayəsində insan genindəki mükəmməl və qüsursuz quruluş üzə çıxmışdır.

Bu layihə çərçivəsində Amerikadan Çinə qədər bir çox ölkədən olan elm adamları 10 il boyu DNT-də yerləşən 3 milyard kimyəvi şifri bir-bir müəyyən etmək üçün çalışmışlar. Nəticədə, insan genində yerləşən məlumatların əksəriyyəti düzgün düzülə bilib.

Bu hadisə İnsan Genomu Layihəsinin rəhbəri olan Frensis Kolinsin (Francis Collins) “İnsanın istifadə kitabçasının ilk dəfə bir bölməsini tamamlaya bildik” sözlərində olduğu kimi, DNT-nin sirlərin açılmasında hələ başlanğıc mərhələdir. Oxumağa davam et

Qurbağa kimi suda-quruda yaşayan canlılar nə üçün təkamül nəzəriyyəsinə dəlil ola bilməz?

1232788848_qurbagaBəzi canlılar həyatlarının müxtəlif dövrlərində yaşadıqları mühitin şərtlərinə uyğunlaşmaq üçün fiziki dəyişikliklər keçirirlər. Bu dəyişiklik prosesinə biologiyada metamorfoz (dəyişmə) deyilir. Bu prosesi biologiya və təkamül nəzəriyyəsinin iddiaları haqqında məhdud məlumata malik kütlələr təkamül nəzəriyyəsinə dəlil kimi göstərməyə çalışmışlar. Metamorfozu təkamülə misal kimi göstərən mənbələr bu barədə məlumatı olmayan kütlələri yanıltmağı hədəf alan dar düşüncəli, səthi təbliğat kitabları, yeniyetmə təkamül tərəfdarları və ya bəzi cahil biologiya müəllimləridir. Təkamülün əsas problemləri və ziddiyyətləri barədə ətraflı məlumata malik olan elm adamları isə bu cür gülünc iddiaları gündəmə gətirməkdən çəkinirlər. Çünki nə qədər ağılsız iddia olduğunu bilirlər… Oxumağa davam et

Niyə təkamül nəzəriyyəsini rədd etmək inkişaf və irəliləməyi də rədd etmək kimi göstərilir?

Təkmilləşmə kəlməsi xüsusilə son dövrlərdə bir çox fərqli mənada istifadə edilir. Məsələn, təkamül məfhumunakainatdaki tasarim ictimai həyatla bağlı bir məna verilmiş, bəşəriyyətin inkişafı, texnologiyanın irəliləyişi kimi məfhumlarla eyniləşdirilmişdir. Bu mənada istifadə ediləndə təkamül məfhumunda heç bir yanlışlıq yoxdur. Şübhəsiz ki, ağıl sahibi olan insan zaman ərzində ağlından, məlumatından və gücündən istifadə edərək hər mövzuda inkişaf edər və dəyişər. Bəşəriyyətin məlumat təcrübəsi nəsildən nəsilə ötürülərək böyüyər. Bu mövzu canlılar aləmini təsadüflərlə açıqlamaq iddiası ilə ortaya çıxan təkamül nəzəriyyəsinə dəlil olmadığı kimi, yaradılış ilə də əlaqəli deyil.

Burada təkamülçülər çox bəsit söz oyunu oynayaraq doğru anlayışı yanlış anlayışla qarışdırırlar. Oxumağa davam et