Allah`a iman insanın həyatına məna verir

Möminlər üçün uca Rəbbimizin rizasını qazanmaq və din əxlaqına xidmət etmək məqsədilə görülən hər iş sevinc mənbəyidir.peace_peace

Möminlər Allah`ın varlığına imanla böyük xoşbəxtlik və mənəvi güc qazanırlar. Allah`ı dost tutmaları və Onun rizasına uyğun davranmalarının əvəzində Allah`ın onlara verdiyi mənəvi güclə daima şövqlü olurlar. İmanın gücü həmişə daha üstün, öndə gedən, nümunəvi insan olmalarına səbəb olur. Oxumağa davam et

Allaha Etimad və Təslimiyyət

İma­nın ən önəm­li gös­tə­ri­ci­lə­rin­dən bi­ri in­sa­nın Al­la­ha olan eti­ba­rı və təs­li­miy­yə­ti­dir. Qu­ran­da «tə­vək­kül» ola­raq təqdim edilən bu xü­su­siy­yət hə­qi­qə­tən də iman gə­ti­rən in­san­la iman gə­tir­mə­yən in­san ara­sın­da­kı ən bö­yük fərq­lər­dən bi­ri­dir.

İn­kar­çı in­san üçün bü­tün dün­ya bir xa­os­dur. O, özü­nün tə­sa­dü­fən var ol­du­ğu­nu, ət­ra­fın­da­kı dün­ya­nın da tə­sa­düf­lər nə­ti­cə­sin­də ya­ran­dı­ğı­nı zənn edər. Bu və­ziy­yət­də heç bir za­man hə­qi­qi ar­xa­yın­lıq və sa­kit­lik hiss et­məz. Çün­ki hər an ba­şı­na bir şey gə­lə bi­lər və onu kədərləndirəcək ha­di­sə­lər ola bi­lər. Vax­tı­nın önəm­li bir his­sə­si­ni gə­lə­cək­lə bağ­lı hiss et­di­yi hə­yə­can­lar­la ke­çi­rir. Onun xoş­bəxt­li­yi­nə tə­sir gös­tə­rən yüz­lər­cə, min­lər­cə bir-bi­rin­dən ası­lı ol­ma­yan amil var­dır ki, bun­la­rın hər han­sı bi­ri «tə­sa­dü­fən» pis­li­yə uğ­ra­yıb hə­ya­tı­nı məhv edə bi­lər. Mə­sə­lən, sağ­lı­ğı­nı iti­rə bi­lər, iş­dən çı­xa­rı­la bi­lər ya da sev­di­yi bir in­san ölə bi­lər. Bü­tün bu sə­bəb­lə­ri müs­tə­qil və nə­za­rət­siz zənn et­di­yindən hər bi­ri üçün ay­rı-ay­rı­lıq­da narahat olar. Bu, yüz­lər­cə müs­tə­qil ami­lin ila­hi­ləş­di­ril­mə­si mə­na­sı­nı ve­rir. Çün­ki bir şey­dən qorx­maq ya da ona gü­vən­mək, Qu­ran­da bil­di­ril­di­yi­nə gö­rə, onu ila­hi­ləş­dir­mək mə­na­sı­nı verir.

Oxumağa davam et