Müşriklərin Xüsusiyyətləri

Müş­rik­lə­rin Al­la­ha şərik qoşduqları, tan­rı bil­dik­lə­ri şey­lə­rin heç bir tan­rı­lıq xü­su­siy­yət­lə­ri yox­dur. Bun­la­rın in­sa­na nə xe­yir, nə də zə­rər ve­rə bil­mə­yə­cək­lə­ri­ni («Yu­nus» su­rə­si, 18), heç bir şey et­mə­yə və ya­rat­ma­ğa güc­lə­ri­nin çat­ma­dı­ğı­nı («Yu­nus» su­rə­si, 34; «Əraf» su­rə­si, 191), nə öz­lə­ri­nə, nə də baş­qa­la­rı­na kö­mək edə bil­mə­yə­cək­lə­ri­ni («Əraf» su­rə­si, 192), doğ­ru yo­la yönəldə bil­mə­yə­cək­lə­ri­ni («Yu­nus» su­rə­si, 35) Al­lah ayə­lə­rin­də bil­dir­miş­dir. Və­ziy­yət bu qə­dər bəl­li olduğu halda müş­rik­lə­rin be­lə aciz var­lıq­la­rı tan­rı seç­mə­lə­ri­nin, büt­ləş­dir­mə­lə­ri­nin sə­bə­bi, hə­qi­qət­də Al­la­hın Özü­nə aid olan bə­zi xü­su­siy­yət­lə­rin bu var­lıq­la­rın üzə­rin­də tə­za­hür et­mə­si­dir.

Mə­sə­lən, bir in­sa­nın sa­hib ol­du­ğu güc, əzə­mət, iq­ti­dar, sər­vət, cah-cə­lal ki­mi özəl­lik­lə­rin ha­mı­sı əs­lin­də Al­la­ha aid­dir. Al­lah özün­də son­suz olan bu xü­su­siy­yət­lərin yal­nız bir qismini im­ta­han ola­raq bu dün­ya­da in­san­da müəyyən də­rə­cə tə­cəs­süm et­dir­miş­dir. Bu xü­su­siy­yət­lə­ri o in­sa­nın özü­nə aid zənn edə­rək on­dan qorx­maq, onun Al­la­ha qar­şı gə­lən əmr­lə­ri­nə inan­maq, bir söz­lə, onu Al­la­ha şə­rik qoş­maq həmin yan­lış zən­nə uy­maq­dan irə­li gə­lir. Oxumağa davam et

Şirk:Qorxu

İn­san­la­rı şir­kə aparan səbəblər­dən bi­ri də qor­xu­dur. Ey­nilə, sev­gi ki­mi, yal­nız Al­la­ha qar­şı du­yul­ma­sı va­cib olan qor­xu his­si Onun ya­rat­dıq­la­rı­na qar­şı du­yul­duq­da şirk ya­ran­mış olur. Çün­ki Al­lah­dan baş­qa­sın­dan qorx­maq, qorx­du­ğu şe­yi Al­lah ki­mi güc və qüd­rət sa­hi­bi ola­raq gör­mək, onun Al­lah­dan müstəqil ol­du­ğu­nu, eləcə də Al­la­hın yaz­dı­ğı ta­le­dən kənar qə­rar ve­rib hə­rə­kət et­di­yi­ni dü­şün­mək onu tan­rı­laş­dır­maq mə­na­sı­nı ve­rir. Al­lah­dan baş­qa­sı­na qar­şı qor­xu bəs­lə­mə­yin ikin­ci tan­rı seç­mək ol­du­ğu Qu­ran­da be­lə bil­di­ri­lir:

«Al­lah be­lə bu­yur­du: «İki tan­rı qə­bul et­mə­yin. O yal­nız tək bir tan­rı­dır. An­caq Mən­dən qor­xun!» Göy­lər­də və yer­də nə var­sa, ha­mı­sı Onun­dur! Din də da­im Onun­dur. Be­lə ol­du­ğu təq­dir­də Al­lah­dan baş­qa­sın­dan­mı qor­xur­su­nuz?» («Nəhl» su­rə­si, 51-52).

Müş­rik­lə­rin in­san­lar­dan hiss et­dik­lə­ri şid­dət­li qor­xu da ayə­lər­də be­lə tə­rif edi­lir:

«…İçə­ri­lə­rin­dən bir qis­mi Al­lah­dan qor­xan ki­mi və ya da­ha ar­tıq in­san­lar­dan qor­xu­ya dü­şür­lər…» («Ni­sa» su­rə­si, 77).

Sev­gi və ya qor­xudan başqa, Al­lah­dan yox, baş­qa­la­rın­dan kö­mək di­lə­mək, Al­la­hı de­yil, in­san­la­rı ra­zı sal­ma­ğa ça­lış­maq, Al­la­ha gü­vən­mə­yib han­sı­sa sə­bəb­lə­rə, in­san­la­ra gü­vən­mək, Al­la­hın ya­rat­dıq­la­rı­nı Al­lah­dan ası­lı ol­ma­yan güc, ira­də və nüfuz sa­hi­bi ola­raq gör­mək şir­kə gə­ti­rən sə­bəb­lər ara­sın­da­dır.

Şirk Nədir?

«Şirk» ərəb di­lin­də «şə­rik­lik, or­taq­lıq» mə­na­sı­nı da­şı­yır. Qu­ran­da isə şirk hər han­sı bir şe­yi və ya hər han­sı bir kim­sə­ni, ya da hər han­sı bir an­la­yı­şı üs­tün tut­maq, də­yər ver­mək, önəm ver­mək, da­ha ar­tıq bə­yən­mək ba­xı­mın­dan Al­lah­la bə­ra­bər və ya daha üstün bir sə­viy­yə­də gör­mək və bu yanlış dünyagörüşü ilə hə­rə­kət et­mək şək­lin­də gös­tə­ri­lir.

Şirk Qu­ran açıq­la­ma­la­rın­da «tay qoş­maq», «şə­rik qoş­maq» ki­mi tər­cu­mə edi­lir. Qu­ran­da Al­la­ha şə­rik qoş­maq «Al­lah­dan baş­qa tan­rı seç­mək», «Al­lah­dan baş­qa­sı­na qul­luq et­mək» kimi də ifa­də olu­nur.

Ən ge­niş mə­na­da isə şirk inam, dü­şün­cə, əx­laq an­la­yı­şı, ya­şa­yış tər­zi və də­yər ba­xı­mın­dan Al­la­hın Qu­ran­da bil­dir­di­yi öl­çü­lər­dən və müt­ləq doğ­ru­lar­dan fərq­li me­yar­lar seç­mək və hə­ya­tı­nı bu me­yar­la­ra gö­rə qur­maq­dır. Oxumağa davam et