“İnsanın Əcdadı Meymundur” Yalanı Necə Üzə Çıxdı?

the-huffington-post-yazari-nidhal-guessoumun-evrim-yanilgilari_591x270

Təkamülçülərin insanla meymunun eyni əcdaddan yarandıqları barədə xəyali hekayələrinin qaynağı nədir?

Təkamülçülərin şimpanzelərdəki bir genin yox olması ilə şimpanzelərin inkişaf edərək insana çevrilməsi barədə iddiaları nə üçün elmi deyil?

 Təkamülçülər xəyali ssenarilərində meymun qalıqlarının çoxluğundan istifadə edərək insanlarla meymunların eyni əcdaddan törədiklərini iddia edirlər. Məlumdur ki, indiyə kimi 6000-dən çox meymun növü mövcud olmuşdur. Oxumağa davam et

Darvinizmin Meydana Gəlməsi

Çarlz Darvin 1832-ci ildə İngiltərədən yola düşən və beş il ərzində dünyanın müxtəlif bölgələrinə səyahət edən H.M.S. Biql adlı rəsmi kəşf gəmisində könüllü kimi iştirak etmişdir.  Gənc Darvin bu səyahət ərzində gördüyü müxtəlif canlı növlərindən, xüsusilə də Qalapaqos adalarında gördüyü müxtəlif alacəhrə növlərindən çox təsirlənir. Bu quşların dimdiklərindəki fərqlərin müxtəlif mühitlərə uyğunlaşmalarından irəli gəldiyini düşünür.

Darvin bu səyahətinin ardınca İngiltərədəki heyvan bazarlarını gəzməyə başladı. Maldarlıqla məşğul olanların müxtəlif inək cinslərini cütləşdirərək yeni cinslər əldə etdiklərinə şahid oldu. Qalapaqos adalarında gördüyü fərqli alacəhrə növlərini də bu müşahidələrinə əlavə etməklə beynində bir nəzəriyyə formalaşdırmağa başladı. Nəticədə bu fikirlərini 1859-cu ildə nəşr edilən “Növlərin mənşəyi” adlı kitabında açıqladı. Bu kitabda bütün canlı növlərinin ortaq bir əcdaddan əmələ gəldiyini, ancaq zamanla kiçik dəyişikliklərlə bir-birlərindən təkamüllə törədiyini iddia edirdi. Oxumağa davam et

DNT-nin Yaradılışında Təsadüfə Yer Yoxdur.

3.1 milyard şifrədən ibarət olan DNT-dəki məlumatlar, A-T-G-C hərflərinin bir-biri ardınca xüsusi bir sıra şəklində düzülməsi ilə meydana gəlir. Ancaq bu düzülüşdə bir hərf səhvi belə edilməməlidir. Ensiklopediyada səhv yazılmış bir söz və ya hərf elə də gözə dəymir, hətta hiss olunmaz. Amma DNT-də hər hansı bir pillədəki, məsələn 1 milyard 719 milyon 348 min 632-ci pillədəki bir hərfin səhv kodlaşdırılması hüceyrə üçün və təbii ki, insan üçün ciddi nəticələrə gətirib çıxara bilər. Məsələn, uşaqlarda görülən leykemiya (qan xərçəngi) xəstəliyi bu tip səhv kodlaşmanın nəticəsidir.

Təsadüf riyazi anlayışdır. Bir hadisənin təsadüfən baş verib-vermədiyini bilmək üçün həmin hadisənin reallaşması üçün tələb olunan bütün şərtləri daxil etmək tələb olunur. Riyazi hesablamalar DNT-də yazılı məlumatların meydana gəlməsində təsadüfə yer olmadığını sübut edir. Nəinki milyonlarla pillədən ibarət DNT molekulunun, hətta DNT-ni meydana gətirən 200.000 gendən birinin belə təsadüfən meydana gəlmə ehtimalı mümkün deyil. Təkamülçü bioloq Salisbury bu qeyri-mümkün hadisə ilə əlaqədar bunları söyləyir: Oxumağa davam et

Təkamülçülər İstəməsə də, Elmi Kəşflər Yaradılış Gerçəyini Təsdiq Edir

Elm yanlış ideologiyalar tərəfindən yönləndirildikdə, vaxt, pul, əmək itkisi yaranır. XVIII əsrdən etibarən elm əsasən materialistlərin hakimiyyəti altında qalmış və demək olar ki, bütün fəaliyyətlər materialist fəlsəfənin elmi tərəfdən sübutuna yönəldilmiş, materialist fəlsəfəni təkzib edən elmi dəlillər cəmiyyətə təhrif olunmuş halda təqdim edilmişdir.

Diqqəti çəkən məqam isə budur ki,  təkamülçülər təkamülü sübut etmək üçün apardıqları araşdırma və təcrübələr nəticəsində daima yaradılışı təsdiqləyən dəlillər tapmışlar. Elm, Allahın varlığına inananlar üçün çox asan və zəhmətsizdir. Çünki mövcud olan sistemi araşdırmaq və onunla bağlı dəlilləri axtarmaq elm adamları üçün çətinlik yaratmaz. Ancaq olmayan bir dəlili axtarmaq təkamülçülərin öz ifadəsi ilə desək “cansıxıcı”“baş ağrıdıcıdır”.

Buna ən gözəl nümunələrdən biri də Kambrien dövrünə aid paleontoloji tapıntılardır. Oxumağa davam et

Təkamül nağılları: dinozavrlar quşlara çevrilir

Sürünənlərin məməlilərə xəyali çevrilməsi ilə bağlı olaraq ortaya atılan elmə aidiyyatı olmayan “hekayələr” təkcə bu deyil. Hər təkamülçünün özünə xas bir “hekayəsi” vardır. Buna bənzər şəkildə dinozavrların təkamül keçərək quşlara çevrilməsi haqqında da bir çox xəyali ssenarilər qurulmuşdur. Bu ssenarilərdən birində dinozavrların ağcaqanadları qovarkən uçmağa başladıqlarından bəhs edilir. Digər ssenari isə dinozavrların ağacdan-ağaca tullanarkən qanad açıb uçduqlarını irəli sürür. Təkamülçülərin xəyal gücü sayəsində qurduqları bu ssenarilərin “sübut edilməsi” vəzifəsi isə elmin üzərinə düşür. Oxumağa davam et

Təkamül nağılları: pulcuqlar tüklərə çevrilir

Təkamülçü bir mənbədə sürünənlərin məməlilərə çevrilməsi haqqında belə bir hekayə nəql edir:

Soyuq ərazilərdə yaşayan bəzi sürünənlər bədənlərini isidən bir üsul əmələ gətirdilər… Pulcuqları getdikcə daha da sivriləşərək tüklərə çevrildi. Bu məqamda həyata keçən digər bir uyğunlaşma isə tərləmənin əmələ gəlməsi oldu; bu, canlıya lazım gəldikdə suyun buxarlanması nəticəsində bədənini soyutma imkanı verirdi. Bu zaman gözlənilmədən bəzi balalar qidalanmaq üçün analarının bədənindəki təri yalamağa başladılar. Bəzi tər vəziləri bu səbəbdən getdikcə daha çox tər ifraz etməyə başladı və bu ifrazat nəticədə südə çevrildi. Beləliklə, bu ilk məməlilərin balaları həyata daha yaxşı başladılar. (Эеорэе Эамоw, Мартйнас Йъас, Мр. Томпкинс Ынсиде Щимселф, Аллен & Унwин, Лондон, 1966, с. 149) Oxumağa davam et

Təkamül Nəzəriyyəsinin Elmə Verdiyi Zərərlər

Elmin yanlış təməllər üzərində qurulmasının ən açıq nümunəsini Darvinin təkamül nəzəriyyəsində görmək mümkündür. 140 il əvvəl elm dünyasına daxil olan bu nəzəriyyə əslində bütün elm tarixinin ən böyük xətası olmuşdur.

Təkamül nəzəriyyəsi həyatın təsadüflər nəticəsində bəzi cansız maddələrin birləşməsi nəticəsində əmələ gəldiyini iddia edir. Bu iddiaya görə təsadüfən əmələ gələn bu canlılar yenə təsadüflərin nəticəsində təkamül edərək başqa canlılara çevrilmişlər. Bu ssenarinin sübut edilməsi üçün 1,5 əsrdən çoxdur ki, böyük səy göstərilir, amma elmi dəlillər hər zaman nəzəriyyənin əleyhinə işləyir. Belə ki, əldə edilən bütün dəlillər canlıların təkamülünün əsla baş vermədiyini, canlıların bir-birinə mərhələli çevrilməsinin doğru olmadığını, bütün canlı növlərinin ayrı-ayrı və olduqları kimi yaradıldıqlarını göstərir.

Yenə də təkamülçülər bütün bu aşkar dəlillərə baxmayaraq təkamül nəzəriyyəsini sübut etmək üçün saysız-hesabsız araşdırma və təcrübələr aparır, sadəcə cəfəngiyyatdan və yalanlardan ibarət cildlərlə kitab yazır, institutlar qurub konfranslar keçirir, televiziya proqramları hazırlayırlar. Gerçək olmayan bir iddia üçün minlərlə alimin, külli miqdarda pul və vəsaitin hədər edilməsi insanlıq üçün çox böyük itkidir. Bütün bu zərərin əvəzinə, əgər bu imkanlar yerində istifadə edilsəydi, bu günə qədər elmdə çox faydalı sahələrdə çox vacib addımlar atılar və dəqiq nəticələr əldə edilə bilərdi. Oxumağa davam et