«Current Biology» jurnalının quşların əcdadı yalanına cavab

 

current-biology

Myanmada kəşf edilən 99 milyon illik DIP-V-15103 saylı (adını paleobotanik Eva Koppelhusdan götürən) “Eva” fosili dekabr ayında bütün elmi sayt və jurnallarda geniş yer aldı. Myanmada hər gün yeni fosil tapılmasına baxmayaraq, bu jurnalların yüz minlərlə fosil içərisindən yalnız bu skeletə xüsusi diqqət göstərməsinin səbəbi isə “Current Biology” jurnalının tapılan fosili quşların əcdadı nağılına dəlil kimi göstərməyə çalışması idi.

Məlum olduğu kimi, DNT-nin və RNT-nin dərindən tədqiq olunması, hüceyrənin içinin su ilə dolu şardan ibarət olmadığının aşkar edilməsi və günbəgün yaradılışı sübut edən fosillərin torpağın altından çıxarılması, uzun müddət idi ki, təkamül nəzəriyyəsinin havadarlarını çarəsiz vəziyyətdə qoyurdu. Oxumağa davam et

Təkamül Nəzəriyyəsinin Elmə Verdiyi Zərərlər

Elmin yanlış təməllər üzərində qurulmasının ən açıq nümunəsini Darvinin təkamül nəzəriyyəsində görmək mümkündür. 140 il əvvəl elm dünyasına daxil olan bu nəzəriyyə əslində bütün elm tarixinin ən böyük xətası olmuşdur.

Təkamül nəzəriyyəsi həyatın təsadüflər nəticəsində bəzi cansız maddələrin birləşməsi nəticəsində əmələ gəldiyini iddia edir. Bu iddiaya görə təsadüfən əmələ gələn bu canlılar yenə təsadüflərin nəticəsində təkamül edərək başqa canlılara çevrilmişlər. Bu ssenarinin sübut edilməsi üçün 1,5 əsrdən çoxdur ki, böyük səy göstərilir, amma elmi dəlillər hər zaman nəzəriyyənin əleyhinə işləyir. Belə ki, əldə edilən bütün dəlillər canlıların təkamülünün əsla baş vermədiyini, canlıların bir-birinə mərhələli çevrilməsinin doğru olmadığını, bütün canlı növlərinin ayrı-ayrı və olduqları kimi yaradıldıqlarını göstərir.

Yenə də təkamülçülər bütün bu aşkar dəlillərə baxmayaraq təkamül nəzəriyyəsini sübut etmək üçün saysız-hesabsız araşdırma və təcrübələr aparır, sadəcə cəfəngiyyatdan və yalanlardan ibarət cildlərlə kitab yazır, institutlar qurub konfranslar keçirir, televiziya proqramları hazırlayırlar. Gerçək olmayan bir iddia üçün minlərlə alimin, külli miqdarda pul və vəsaitin hədər edilməsi insanlıq üçün çox böyük itkidir. Bütün bu zərərin əvəzinə, əgər bu imkanlar yerində istifadə edilsəydi, bu günə qədər elmdə çox faydalı sahələrdə çox vacib addımlar atılar və dəqiq nəticələr əldə edilə bilərdi. Oxumağa davam et