Dünyanın yaşının 4 milyard il olması nə üçün təkamül nəzəriyyəsini dəstəkləmir?

yerTəkamülçülər ssenarilərini təbii təsirlərə və təsadüflərə əsaslandırırlar. Bunu edərkən ən çox arxalandıqları məfhumlardan biri isə uzun zaman məfhumudur. Məsələn, Darvini dəstəkləyən alman elm adamı Ernst Hekel gözlənilərsə, palçıqlı sulardan canlı hüceyrənin çıxa biləcəyini iddia etmişdir. XX əsr ərzində hüceyrənin mürəkkəb quruluşunun müəyyən olunması ilə bu iddianın nə qədər cəfəng olması məlum olmuş, amma təkamülçülər uzun zaman anlayışı ilə gözdən pərdə asmağa davam etmişlər.
Əslində, bu yolla canlıların təsadüflər nəticəsində necə ortaya çıxması sualına cavab vermək əvəzinə mövzunu bir az da çətinləşdirərək problemdən xilas olmağa çalışırlar. Oxumağa davam et

Biogenez: Həyat Həyatdan Gəlir

Həyatın mənbəyi nədir? Bir quşu və ya bir zürafəni daşdan, sudan, torpaqdan, qısası, cansız maddədən fərqləndirən nədir?

Bu sualın cavabı tarixin qədim dövrlərindən bəri axtarılır. Bu mövzuda ortaya atılan fikirlər  isə iki fərqli qrupda toplanır. Birinci fikir canlılar ilə cansız maddə arasında çox incə bir sərhəd olduğunu, bu sərhədin asanlıqla keçilə bildiyi və cansız maddənin öz-özünə canlana biləcəyini müdafiə edir. Bu görüşə elmi dildə “abiogenez” deyilir.

İkinci fikir isə həyat ilə cansız maddə arasında böyük və keçilməz sərhəd olduğunu qəbul edir. Cansız maddənin öz-özünə canlanması mümkün deyil və hər canlı ancaq başqa bir canlıdan törəyir. “Həyat həyatdan gələr” cümləsi ilə ifadə edilən bu görüş “biogenez” adlanır.

Maraqlıdır ki, “abiogenez” fikri materialist fəlsəfə ilə, “biogenez” fikri isə dini mənbələrlə əlaqədardır. Materialist fəlsəfə ortaya atıldığı ilk dövrlərdən bəri daim cansız maddənin canlana biləcəyini müdafiə etmişdir. Antik Yunanıstandakı mütəfəkkirlər bəsit canlıların cansız maddənin içindən daim törədiklərinə inanmışlar.

Bunun əksinə, Oxumağa davam et