Müharibə heç vaxt zərurət deyil

cocuklar-ve-savas20-ci əsrdə tarixin ən böyük iki dünya müharibəsi ilə yanaşı yüzlərlə qanlı regional müharibə, hərbi əməliyyat, qarşıdurma, üsyan və vətəndaş müharibəsi baş verib. Təkcə II Dünya Müharibəsindən sonra 55 il ərzində təxminən 200 müharibə olub. Oxumağa davam et

Terrorla mübarizə özü-özünə mane olur?

war-on-terror_e0dc5Qərb dünyası 11 sentyabr 2001-ci il tarixindən etibarən heç gözləmədiyi şəkildə terror hücumları ilə qarşılaşdı. Bu hücumlar ABŞ və Avropa dövlətlərini dərindən sarsıtdı. 11 sentyabrdan sonra ABŞ rəhbərliyi Corc Buş başda olmaqla terrorla qlobal mübarizə konsepsiyasına başladı. Oxşar hücumların qarşısını almaq məqsədi ilə bir çox qanun və fərman qəbul edildi. Ancaq bu gün mövcud vəziyyət odur ki, ABŞ-da bir çox düşüncə təşkilatı 11 sentyabrdan sonrakı siyasəti tənqid edir. Çünki baş verən hadisələr onu göstərir ki, dünya 2001-ci ilə görə daha təhlükəlidir.

14 ildə 300-ə yaxın terror hücumunda on minlərlə günahsız insan həyatını itirdi. Dünya miqyasında fəaliyyət göstərən terror təşkilatlarının sayı 150-dən çoxdur. Hücumlardan sonra dövlətlər özlərinə görə müəyyən tədbirlər aldı. Bu dövrdə konstitusion hüquqlar tapdandı, söz və səyahət azadlıqları məhdudlaşdırdı. Milyonlarla məzlum insan haqsız yerə təqib edildi, bir qismi də həbs olundu. Milyardlarla dollar bu istiqamətdə görüləcək əlavə təhlükəsizlik tədbirlərinə xərcləndi. Bütün bunların nəticəsində də başda ABŞ olmaqla Qərb dünyasında insan hüquqlarının həyata keçirilməsi qeyri-mümkün oldu. Oxumağa davam et