Cahiliyyə cəmiyyətində evdar qadınların qısqanclığı

Cahiliyyə cəmiyyətində qısqanclıq hökm sürür. Ancaq qeyd etmək lazımdır ki, bu xüsusiyyət cahiliyyə cəmiyyətində müsbət xüsusiyyət kimi qəbul edi417911lir. Qısqanclığı sevgi və sədaqət əlaməti kimi göstərməyə çalışırlar. Əgər bir insan sevdiyini qısqanmırsa, onların fikrincə, bu, əsl sevgi deyil. Bu yanlış anlayışa əsasən, insanın qarşı tərəfin sevgisindən razı qalması üçün bütün insanlar arasında ancaq ona sevgi bəsləməlidir.

Halbuki, bu, çox səhv düşüncədir. Çünki hər şeydən əvvəl, sevgi çox üstün duyğu və əxlaqi xüsusiyyətdir. İnsanın sevgidə qısqanclıq etməsi Quran əxlaqına uyğun deyil. İnsan sevdiyi şəxsə sevgisini sədaqəti, bağlılığı, şəfqəti, gözəl sözləri və rəftarı ilə göstərir. Bu da qarşı tərəfdə sevildiyinə dair qəti fikir formalaşdırır. Lakin insanın özündən başqa heç kimsənin sevilməsini istəməməsi eqoistlikdir. Oxumağa davam et