İncəsənət və elm cəhətdən inkişaf etmiş möhtəşəm sivilizasiya: Qədim Misir

İçerikQədim Misir insanın minilliklər əvvəl qurduğu incəsənət və elm cəhətdən ən heyranedici sivilizasiyalarından biridir. Qədim misirlilər ibtidai cəmiyyətin davamçısı olmayacaq qədər dərin təcrübə və biliyə malik idilər. Batil bütpərəst dinə mənsub olan misirlilər arasında hz. Nuh, hz. İbrahim dövründən qalan incəsənət biliyinə malik ustalar vardı. Bu yəhudi ustalar keçmiş peyğəmbərlərin dövründən öyrəndikləri bilikləri tətbiq edirdilər.

Dövrümüzdə dünyanın bir çox ölkəsi misirlilərin mədəniyyət səviyyəsinə çata bilməyib. Bu gün Afrikanın müxtəlif bölgələrində, Cənubi Amerikanın bəzi yerlərində, Asiya torpaqlarında, Misir də daxil olmaqla, bir çox ölkədə keçmişdəki sivilizasiya səviyyəsindən çox geri qalmış həyat tərzi hökm sürür. Oxumağa davam et

Müsəlmanlar və Elm

İslam əxlaqının insanlığa yönəltdiyi işıqlardan biri də elmi düşüncədir. İslamdan əvvəl ərəblər və digər Yaxın Şərq cəmiyyətləri kainatın və təbiətin necə var olması və hərəkəti barədə heç maraqlanmırdılar. Bu suallar üzərində düşünməyi, bunların cavablarını araşdırmağı ilk dəfə Qurandan öyrənmişdilər. Allah Quranda inananlara, göylərin və yerin necə var olduğunu araşdırmalarını əmr etmişdir:

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru! (Ali- İmran Surəsi, 191) Oxumağa davam et