Dinin Hökmünü Yerinə Yetirməyi Ticarət və ya Əyləncədən Üstün Tutmamaq

«On­lar bir alış-ve­riş, ya­xud bir əy­lən­cə gör­dük­lə­ri za­man sə­ni ayaq üs­tə qo­yub ona tə­rəf cum­du­lar. De: «Al­lah dər­ga­hın­da olan sa­vab əy­lən­cə­dən də, ti­ca­rət­dən də xe­yir­li­dir. Al­lah ru­zi ve­rən­lə­rin ən yax­şı­sı­dır!»« («Cü­mə» su­rə­si, 11).

Bu ayə­də din­lə öz dün­yə­vi mən­fə­ət­lə­ri ara­sın­da se­çim apa­ran in­san­lar­dan bəhs edi­lir. Əsa­sən ca­hil cə­miy­yət­lə­rin din əx­la­qı­na uy­ğun şə­kil­də ya­şa­maq­dan ya­yın­ma­sı­nın bir ne­çə or­taq sə­bə­bləri var. Ayə­də bu sə­bəb­lər­dən iki ən önəm­li­si­nə – ti­ca­rət və əy­lən­cə­yə diq­qət çə­ki­lir.

Ti­ca­rə­tə diq­qət çə­kil­mə­si­nin sə­bə­bi mad­di mən­fə­ət mə­sə­lə­si­nin in­san­la­rın ən zə­if cəhətlərindən bi­ri ol­ma­sı­dır. Be­lə ki, çox vaxt in­san­la­rın bir qis­mi öz mad­di mən­fə­ət­lə­ri na­mi­nə di­nin bir çox hökm­lə­ri­nə məhəl vermirlər. Bu, özü­nü bə­zən na­maz ki­mi za­hi­ri iba­dət­də, bə­zən əx­la­qi dav­ra­nış­larda, bə­zən də di­nin baş­qa bir hök­mün­də gös­tə­rir. İn­san­la­rın var-döv­lə­tin ar­tı­rıl­ma­sı ilə bağ­lı be­lə bir hə­ris dav­ran­ış nümayiş etdirməsinin sə­bə­bi mad­di zən­gin­li­yin bü­tün möv­cud prob­lem­lə­ri həll edəcək sehir­li qüv­vəyə malik olması inan­cı­dır. İn­san­lar əl­də edə bil­mə­dik­lə­ri və həs­rə­ti­ni çək­dik­lə­ri hər bir im­ka­na bu zən­gin­lik sa­yə­sin­də qo­vu­şa bi­lə­cək­lə­ri­nə ina­nır­lar. Bun­la­rın ara­sın­da səa­dət, da­xi­li ra­hat­lıq, əmin­lik, hət­ta ölüm­süz­lük var­dır. Be­lə adam­lar elə zənn edir­lər ki, zən­gin­lik on­la­rın hət­ta ölüm­lə­ri­ni də ge­cik­di­rə­cək və on­la­rı dün­ya­da əbə­di edə­cəkdir. Bu sə­bəb­dən də Oxumağa davam et

Axır Zaman Əlamətləri: Fitnələr və Məscidlərin Dağıdılması

“Süfyani quru bir vadidən çıxar. Kelp qəbiləsindən abus çöhrəli, sərt ürəkli adamlardan bir ordu qurar və bunlar hər tərəfə zülm edərlər. O, mədrəsə və məscidləri dağıdar, rüku və səcdəyə gedən hər kəsi cəzalandırar. (Əli bin Hüsaməddin Əl Muttaki, Cəlaləddin Suyutinin Təsnifindən Hədislər – Axır Zaman Mehdisinin Əlamətləri, sf. 35)

Hz. Mehdi (ə) Yolların Kəsildiyi Bir Dövrdə Çıxacaq

Müasir dövrdə dünyanın müxtəlif bölgələrində yaşanan qarşıdurmalar, anarxiya və terror Oxumağa davam et