«Onlar bir alış-veriş, yaxud bir əyləncə gördükləri zaman səni ayaq üstə qoyub ona tərəf cumdular. De: «Allah dərgahında olan savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ruzi verənlərin ən yaxşısıdır!»« («Cümə» surəsi, 11).
Bu ayədə dinlə öz dünyəvi mənfəətləri arasında seçim aparan insanlardan bəhs edilir. Əsasən cahil cəmiyyətlərin din əxlaqına uyğun şəkildə yaşamaqdan yayınmasının bir neçə ortaq səbəbləri var. Ayədə bu səbəblərdən iki ən önəmlisinə – ticarət və əyləncəyə diqqət çəkilir.
Ticarətə diqqət çəkilməsinin səbəbi maddi mənfəət məsələsinin insanların ən zəif cəhətlərindən biri olmasıdır. Belə ki, çox vaxt insanların bir qismi öz maddi mənfəətləri naminə dinin bir çox hökmlərinə məhəl vermirlər. Bu, özünü bəzən namaz kimi zahiri ibadətdə, bəzən əxlaqi davranışlarda, bəzən də dinin başqa bir hökmündə göstərir. İnsanların var-dövlətin artırılması ilə bağlı belə bir həris davranış nümayiş etdirməsinin səbəbi maddi zənginliyin bütün mövcud problemləri həll edəcək sehirli qüvvəyə malik olması inancıdır. İnsanlar əldə edə bilmədikləri və həsrətini çəkdikləri hər bir imkana bu zənginlik sayəsində qovuşa biləcəklərinə inanırlar. Bunların arasında səadət, daxili rahatlıq, əminlik, hətta ölümsüzlük vardır. Belə adamlar elə zənn edirlər ki, zənginlik onların hətta ölümlərini də gecikdirəcək və onları dünyada əbədi edəcəkdir. Bu səbəbdən də Oxumağa davam et →
Bunu bəyən:
Bəyən Yüklənir...