Sizin 450-500 ədəd yumurtanız olsa və bunları bayırda mühafizə etmək lazım gəlsə nə edərsiniz? Onların külək kimi təbii şəraitin təsiri ilə açılıb dağılmalarının qarşısını ala bilən bir tədbir görməyiniz şübhəsiz ki, ən ağıllı olandır.
Dünyada bir dəfəyə ən çox yumurta qoyan canlılardan biri olan ipəkqurdu (450-500), yumurtalarını qorumaq üçün çox ağıllı üsuldan istifadə edir: Yumurtaları ifraz etdikləri yapışqan maddə ilə (iplə) bir-birinə bağlayaraq ətrafa dağılmalarına mane olur.
Yumurtadan çıxan tırtıllar ilk iş olaraq özlərinə münasib budaq tapır və daha sonra da eyni iplə oraya bağlanırlar. Sonra inkişaf etmələri üçün ifraz etdikləri bu iplə özlərinə qoza hörməyə başlayırlar. Həyata gözlərini yeni açmış bir tırtılın bu işi etməsi istirahət etmədən 3-4 gün davam edir. Bu müddətdə tırtıl min dəfə fırlanaraq təqribən 900-1500 metr uzunluğunda bir ip çıxarır. Bu proses bitdikdən dərhal sonra heç istirahət etmədən yeni bir işə və gözəl kəpənək olmaq üçün dəyişiklik keçirməyə başlayır. Oxumağa davam et