Mövsümə və torpağa görə dəyişən tük rəngi

Mühitə görə rəng dəyişdirmə hadisəsi heyvanların bədənlərində yaradılmış olan olduqca kompleks mexanizmlər sayəsində reallaşır. Günəşdə qalan insan dərisinin qızarıb-tündləşməsinə bənzədilə biləcək bu mexanizmlər heyvanların dəri və tüklərində rəng dəyişikliklərinə gətirib çıxarır.

Əhəmiyyətli olan bu tük dəyişməsinin heyvan üçün böyük bir qorunma mexanizmi meydana gətirməsidir. Qışın qarlı günlərində ağ, digər mövsümlərdə torpaq rəngində olan tüklər kamuflyaj baxımından böyük üstünlük təmin edir. Oxumağa davam et

Meyvə və Tərəvəzlərdəki Bənzərsiz Sənət

Eyni quru torpaqdan çıxan, eyni su ilə sulanan meyvələr və tərəvəzlər inanılmaz müxtəlifliyə malikdir. Meyvələrin və tərəvəzlərin ləzzətlərini, qoxularını və dadlarını düşündükdə bu cür müxtəlifliyin necə ortaya çıxması ağıla gəlir. Eyni torpaqdakı eyni su və minerallardan istifadə edərək fərqli dad və qoxuları əsrlərdən bəri heç səhvə yol vermədən və bir-birlərinə qarışmadan saxlayanlar, əlbəttə, üzümlərin, qarpızların, qovunların, kivilərin, ananasların özləri deyil. Bu bənzərsiz ləzzəti, görünüş və dadı onlara Allah verir.

Oxumağa davam et