Qadın-kişi ayrıseçkiliyi geridə qalmış ölkələrdə olduğu kimi, inkişaf etmiş ölkələrdə də çox böyük bir problemdir. Bu problemin qəbul edilməsi isə daha da böyük problemə çevrilib.
Bəzi cəmiyyətlərdə qadınlar kişilərin kölgəsi kimi qəbul edilir, özü də bu qəribə düşüncə təhsili olub-olmamasından asılı olmayaraq bütün dünyaya hakim olmuş vəziyyətdədir.
Cinsi ayrıseçkilik cəmiyyətdə qadınların əsas xidmətlərdən istifadə edə bilməməsi, kişilərlə bərabər olmayan şərtlərdə yaşaması, şiddətə məruz qalması, siyasətdə və iş həyatında az təmsil edilməsi şəklində təqdim olunur. Oxumağa davam et